Sosial şəbəkələrdə İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvinin erməni kilsəsində erməni yepiskopla birlikdə çəkilmiş fotosu yayılıb.
Bizim.Media “Azad İran” teleqram kanalına istinadən xəbər verir ki, fotoda Musəvinin erməni rahiblə birgə tort kəsdiyi öz əksini tapıb.
Səfirin ermənilərlə səmimiliyi, onlara qardaşcasına münasibəti sosial şəbəkələrdə müzakirəyə çevrilib.
Qeyd edək ki, hazırda Seyid Abbas Musəvi məsləhətləşmələr üçün Tehrandadır. Ancaq foto Musəvinin hazırkı səfərinə aid deyil. Musəvi erməni kilsəsində bayram tədbirinə 3 il öncə qatılıb.
Bizim.Media
