"Ermənistan və Azərbaycan arasında yeni müharibə PERSPEKTİVLƏRİ" - Məşhur jurnal nələri AÇIQLADI?

1 yanvar tarixində nüfuzlu Foreign Policy jurnalı “2023-cü ildə izləniləcək 10 Münaqişə” adlı məqalə dərc edib.

Bizim.Media Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinə istinadən xəbər verir ki, məqalədə Ukrayna müharibəsindən tutmuş, İran, Yəmən, Efiopiya, Konqo, Pakistan, Tayvan və Ermənistan-Azərbaycan münasibətlərinə qədər 10 ən kəskin münaqişədən bəhs edilir.

Müəlliflərin fikrincə, 44 günlük müharibədən 2 il sonra tərəflər yeni müharibə istiqamətində hərəkət edirlər. İrəvanın isə 2 il müddətində güclü ordu yarada bilmədiyi, Rusiyanın isə Ukrayna müharibəsinə başı qarışdığı vaxtda Azərbaycan Aİ ilə yeni strateji əhəmiyyətli qaz memorandumu imzalamış, öz hərbi potensialını artırıb və Türkiyə ilə hərbi əməkdaşlığı yeni mərhələyə çatdırıb.

Analitiklər bundan belə nəticəyə gəlirlər ki, yeni müharibə 44 günlük müharibədən fərqli olaraq daha qısamüddətli olub, Azərbaycanın mütləq qələbəsi ilə yekunlaşacaqdır.

Mövqe tutarlı arqumentlərlə əsaslandırılsa da, jurnal oxucunu potensial müharibənin fundamental səbəbləri ilə tanış etmir. Necə deyərlər: suallara cavab bizi ağıllı, sualın mahiyyətinin dərk edilməsi isə bizi müdrik edir. Potensial müharibənin səbəbi − Ermənistan və vasitəçilərin destruktiv siyasətidir.

Ermənistanın destruktiv siyasəti

Üçtərəfli razılaşmaya görə, Ermənistan Qarabağdan bütün qoşun birləşmələrini çıxartmalı, Zəngəzur dəhlizini açmalı və qanunsuz rejimin maliyyələşməsini dayandırmalı idi. Lakin Ermənistan münasibətlərin normallaşması istiqamətində zəruri siyasi iradə göstərməmiş, ziddiyyətli və qeyri-ardıcıl mövqe nümayiş etdirmiş, əldə edilmiş razılaşma və üzərinə götürmüş öhdəliklərin icrasından davamlı olaraq boyun qaçırmış, sülh müqaviləsinin mətni üzrə təkliflərdə prosesi uzatmış və normallaşma səylərinə zərbə vurmaq məqsədilə siyasi və hərbi təxribatlara əl atmışdır.

Paşinyan Praqa və Soçidə, daha sonra isə müsahibələrində Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bildirsə də, Qarabağın beynəlxalq tanınmasını prioritet məqsəd adlandıran Milli Təhlükəsizlik Strategiyasını qüvvədə saxlamış və Qarabağın Azərbaycandan “islahedici ayrılma” (remedial secession) siyasətini 2021-25-ci il hökümət proqramına daxil etmişdir.

Qarabağdan qoşun birləşmələrinin tam çıxarılmaması, qanunsuz rejimin maliyyələşməsinə $410 mln.-dan artıq vəsaitin ayrılması İrəvanın destruktiv siyasətinin əyani sübutlarıdır.

Vasitəçilərin destruktiv siyasəti

44 günlük müharibə Moskvanın Cənubi Qafqazdakı mövqelərini möhkəmləndirdi və Ermənistanın Rusiyadan iqtisadi və hərbi asılılığını artırdı. Lakin bu taktiki üstünlüyün uzunmüddətli strateji qələbəyə çevrilməsi üçün Moskva zəruri addımlar atmadı: öhdəliklərin icrası məqsədilə Ermənistana təzyiqlər göstərilmədi. 2021-ci ildə Moskva bunu etmək istəmədi, 2022-ci ildə isə artıq bacarmadı.

Brüsselin vasitəçiliyinə böyük ümidlər var idi. Lakin Fransa prezidentinin birtərəfli və qərəzli bəyanatları, Senat və Milli Assambleyanın isə əsassız və iftiradolu qətnamələri bu formatın taleyini qeyri-müəyyən etdi. Danışıqların Brüssel formatında bərpa edilməsi üçün Makron şəxsən və ya Ş.Mişel vasitəsilə bu formatdan kənarlaşdığını bəyan etməlidir.

Amma görünən odur ki, Frasanın CQ siyasəti bir yerli icmanın maraqlarına qədər daralıb.

ABŞ sözdə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləsə də, əməldə bunu göstərmir. Son iki ildə ABŞ-ın Azərbaycandakı səfiri bir dəfə də olsun Şuşaya səfər etmədi. Əvəzində L.Treysi bu müddət ərzində baş verən bütün toqquşmalarda Azərbaycanı günahlandırdı, yeni səfir K.Kvin isə öz təyinatı ilə bağlı Senat dinləmələrində Azərbaycanın məsuliyyətə cəlb edilməsi məqsədilə əlindən gələni edəcəyini Konqresdəki erməni kokusunun üzvü R.Menendezə söz verdi.

Görünən odur ki, Ermənistan və vasitəçilər yaxın aylarda destruktiv siyasətdən əl çəkməyəcəklər. Bu isə regional sabitliyə və Azərbaycanın milli təhlükəsizliyinə real təhdidlər formalaşdırıb, Bakını məsələni güc yolu ilə həll etməyə məcbur edə bilər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Məşhur müğənnidən villasını 100 dollara satdı – FOTO

Məşhur müğənnidən villasını 100 dollara satdı – FOTO

Ülvi Mehdiyev: “Bu günə qədər heç kim deməyib ki, “ASAN xidmət”ə getdim rüşvət istədilər”

Ülvi Mehdiyev: “Bu günə qədər heç kim deməyib ki, “ASAN xidmət”ə getdim rüşvət istədilər”

Bəqai İranın ABŞ-la bağlı yeni hərbi taktikasını AÇIQLADI

Bəqai İranın ABŞ-la bağlı yeni hərbi taktikasını AÇIQLADI

“Yazırlar ki, bu nə boydadır?” - VİDEO

“Yazırlar ki, bu nə boydadır?” - VİDEO

SSRİ-nin ən böyük sirlərindən biri: Brejnevi kim öldürdü?

SSRİ-nin ən böyük sirlərindən biri: Brejnevi kim öldürdü?

Azərbaycana uçuş həyata keçirən aviaşirkətlərin diqqətinə!

Azərbaycana uçuş həyata keçirən aviaşirkətlərin diqqətinə!

Müəllimlərdən bu sənədlər tələb OLUNMAYACAQ

Müəllimlərdən bu sənədlər tələb OLUNMAYACAQ

Zinəddin Zidan Fransa millisinə başçılıq edəcək

Zinəddin Zidan Fransa millisinə başçılıq edəcək

Hüseyn Əsgərli rəhbər vəzifəyə gətirildi

Hüseyn Əsgərli rəhbər vəzifəyə gətirildi

Almaniya Kansleri parlamentdə qadın azlığından ŞİKAYƏTLƏNDİ

Almaniya Kansleri parlamentdə qadın azlığından ŞİKAYƏTLƏNDİ

Zelenski Baş nazir postuna ən uyğun namizədi AÇIQLADI

Zelenski Baş nazir postuna ən uyğun namizədi AÇIQLADI

Mərdəkanda nəzafətsiz dəniz ərazisində bir nəfər batdı

Mərdəkanda nəzafətsiz dəniz ərazisində bir nəfər batdı

Bu ölkə rus dilini qadağan edir - Kremldən reaksiya

Bu ölkə rus dilini qadağan edir - Kremldən reaksiya

Gəncədə universitet müəllimi vəfat etdi - FOTO

Gəncədə universitet müəllimi vəfat etdi - FOTO

Bakıda səfirlik sürücü axtarır: saatı 11 manat

Bakıda səfirlik sürücü axtarır: saatı 11 manat

Malayziyada maraqlı hadisə: Qızın ayaqqabısını iylədiyi üçün həbs edildi - VİDEO

Malayziyada maraqlı hadisə: Qızın ayaqqabısını iylədiyi üçün həbs edildi - VİDEO

Sabirabadın bəzi küçə və kəndlərində qaz olmayacaq

Sabirabadın bəzi küçə və kəndlərində qaz olmayacaq

AXCP-nin rayon təşkilatının sədri saxlanıldı - QIZINI DÖYÜB - FOTO

AXCP-nin rayon təşkilatının sədri saxlanıldı - QIZINI DÖYÜB - FOTO

Sibel Can yeni görünüşü ilə diqqət çəkdi – VİDEO

Sibel Can yeni görünüşü ilə diqqət çəkdi – VİDEO

Nazir idarə rəisini təqaüdə göndərdi - FOTO

Nazir idarə rəisini təqaüdə göndərdi - FOTO

Oktyabr ayından Bakıdan Bratislavaya birbaşa uçuşlar başlayır - FOTO

Oktyabr ayından Bakıdan Bratislavaya birbaşa uçuşlar başlayır - FOTO

Magistratura üzrə qabiliyyət imtahanları başladı - TARİXLƏR - FOTO

Magistratura üzrə qabiliyyət imtahanları başladı - TARİXLƏR - FOTO

Keçmiş nazir müavininə yeni vəzifə verildi

Keçmiş nazir müavininə yeni vəzifə verildi

Pezeşkian dövlət televiziyasını tənqid etdi: "Bu, İsrailin narratividir" - VİDEO

Pezeşkian dövlət televiziyasını tənqid etdi: "Bu, İsrailin narratividir" - VİDEO

End of content

No more pages to load

RADİO