Allahverdi Yolçuyev: “Göyərti satıb, fəhləlik edib ailəmə pul aparmışam” - VİDEO

“43 il azərbaycan mədəniyyətinə azdan-çoxdan töhvəm olub. Verilişlərdə, tamaşalarda iştirak etmişəm, ekran işlərinin dublyajlarını etmişəm. Pozitiv olmağı sevirəm. Kiminsə mənə yazığı gəlsin kimi şeyləri heç vaxt sevməmişəm. İllərlə bu səhnədə olub və dəyərim bilinməyəndə mene pis təsir edir. Üç ildir “Parkinson” xəstəliyinə tutulmuşam. Mədəniyyət Nazirliyi mənimlə maraqlanmır. Xüsusi təşkilatlar, idarələr olmalıdır ki, mənim kimi incəsənət nümayəndələrinin xəstəliyi və dolanışığı ilə maraqlansın. Təqaüd də, məvacib də almıram. Gələn il 65 yaşım olacaq”.  

Bizim.Media xəbər verir ki, bu sözləri aktyor Allahverdi Yolçuyev “Zaurla Günaydın” səhər şousunda deyib.  

Heç yerdə işləmədiyini bildirən sənətkar qaynanasının və nəvələrinin yardımı ilə dolandığını açıqlayıb:  

“Qaynanam bizə maddi köməklik edir. Nəvələrim də işləyir mənə dəstək olurlar. Dörd qızım var. Onların ikisi işləmir. Bir qızım sosial evlərdə qalır. Digər qızım isə bərbərdir. İşi olandan olana çağırırlar işləyir”.  

“Zaurun aktyorun qızlarından birinə ünvanladığı “Atanızın xasiyyətində hansı xüsusiyyəti bəyənmirsiniz?” sualına “Belə bir xüsusiyyəti yoxdur. Atamı çox istəyirəm. O başqa atalar kimi kobud deyil. Bir sual var incəsənət nümayəndələrinə verirlər “Yenidən bu dünyaya gəlsəniz aktyor olarsınız?” Mən yenidən dünyaya gəlsəm, yenə bu ataya sahib olmaq istərdim” cavabını verib.  

A.Yolçuyev övladlarının evlilik seçimlərinə qarışmadığını söyləyib:  

“Mən də, həyat yoldaşım da elçilik və evlilik məsələlərinə hər zaman demokratik yanaşmışıq. Övladlarıma hər zaman demişəm ki, ailəni siz qurursunuz, biz yox. Seçimlərinə qadağa və müdaxilə etməmişik. Sadəcə demişəm ki, “Yox” da, “Hə” də deyə bilərsiniz. Yəni nə desəniz, o tərəfə yönələcəyəm. Çünki quracağınız ailə də, gələcək də sizindir. Sevgi, günəbaxan tumu kimi çırtdadın atdın deyil. Əbədi məhəbbətdir. Cavanlarımıza müstəqillik vermək lazımdır”.

Aktyor 11 yaşından göyərti sataraq, ailəsinə köməklik etdiyini vurğulayıb: 

“Mən 11 yaşımdan işləyib, göyərti satıb, ailəmə köməklik etmişəm. Valideynlərim də sağ idi. Atam məni qonşuya borc almağa göndərirdi. Müəyyən zamandan sonra düşündüm ki, niyə borca pul istəməliyəm ? Qonşuluqda bir qadın vardı. O bazardan göyərti alıb, sonra özü onları satırdı. Bunu görürdüm. Atam mənə hər səhər 20 qəpik məktəbdə kokao içməyə pul verirdi. O qəpikləri yığdım. 1970-ci illərə təsadüf edirdi. Cumdum bazara, göyərti alıb, satırdım.

Qazandığım pulu isə anama verirdim. Atamın isə bundan xəbəri yox idi. Gizlincə edirdim.

“Vorovski” adlanan yerdə yaşayırdım. Həmin ev indi də durur. Ailəmi teatra qurban verdim. Üz tutdum el şənliklərinə. Sözügedən yeri aldım və orada ev tikdim. İnsan gələcəyini hər zaman fikirləşməlidir. Universitet illərində “Opera və Balet Teatrı”nda işə düzəldim. Fəhləlik edirdim. Azərbaycan radiosunda iki veriliş aparırdım. Hətta “Teleteatrın” yanında "qarolçuluk" edirdim.

Onların pulunu yığıb evə verirdim. Böyük qardaşım dünyasını dəyişib. Məndən kiçik qardaşım Əməkdar müəllimdir, “İdman Akademiyası”nda çalışır. Bir bacım var. O da ailə qurub. Nəvələri var. Bu yaxınlarda nəticələri də olacaq. Ailələrimiz yaxındır. Bir məhəllədə qalırıq”.  

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Rusiya Ukraynanın MiQ-29 qırıcısını və təminat texnikasını VURDU - VİDEO

Rusiya Ukraynanın MiQ-29 qırıcısını və təminat texnikasını VURDU - VİDEO

İsrail ordusu Livanın cənubunda uzunmüddətli qalmağa HAZIRLAŞIR

İsrail ordusu Livanın cənubunda uzunmüddətli qalmağa HAZIRLAŞIR

Tovuzda ölümcül QƏZA: Qarşısına mal-qara çıxan avtomobil aşdı

Tovuzda ölümcül QƏZA: Qarşısına mal-qara çıxan avtomobil aşdı

Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək

Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək

Balakənin 21 şəhidi 3-cü dərəcəli "Vətənə xidmətə görə" orden ilə təltif olundu - FOTO

Balakənin 21 şəhidi 3-cü dərəcəli "Vətənə xidmətə görə" orden ilə təltif olundu - FOTO

İyulun əvvəli çoxlu pul qazanacaqlar - 3 şanslı BÜRC

İyulun əvvəli çoxlu pul qazanacaqlar - 3 şanslı BÜRC

Belarusda istilərə görə QIRMIZI TƏHLÜKƏ elan edildi

Belarusda istilərə görə QIRMIZI TƏHLÜKƏ elan edildi

Ermənistanda dünən ölən hərbçi intihar edib - TƏFƏRRÜAT

Ermənistanda dünən ölən hərbçi intihar edib - TƏFƏRRÜAT

Fitso Avropaya səsləndi: “Ukraynaya silah vermək əvəzinə...”

Fitso Avropaya səsləndi: “Ukraynaya silah vermək əvəzinə...”

Çaya yıxılan 57 yaşlı kişi xilas edildi

Çaya yıxılan 57 yaşlı kişi xilas edildi

Xaricdə təhsil alanların NƏZƏRİNƏ: Möhlət hüququ ilə bağlı qanunvericilikdə dəyişiklik edilə bilər

Xaricdə təhsil alanların NƏZƏRİNƏ: Möhlət hüququ ilə bağlı qanunvericilikdə dəyişiklik edilə bilər

Vatikan nümayəndə heyəti Azərbaycan Milli Kitabxanasında – FOTO

Vatikan nümayəndə heyəti Azərbaycan Milli Kitabxanasında – FOTO

Şəkidə SEL: Bir neçə kəndin yolu bağlandı

Şəkidə SEL: Bir neçə kəndin yolu bağlandı

Ceyhun Bayramov Hakan Fidanla regiondakı vəziyyəti MÜZAKİRƏ ETDİ

Ceyhun Bayramov Hakan Fidanla regiondakı vəziyyəti MÜZAKİRƏ ETDİ

Tahir Abdullayevdən qələbə ŞƏRHİ

Tahir Abdullayevdən qələbə ŞƏRHİ

Parisdə podiuma çıxan Bekhemin oğlundan cəsarətli GÖRÜNTÜ - FOTO

Parisdə podiuma çıxan Bekhemin oğlundan cəsarətli GÖRÜNTÜ - FOTO

İran PUA-ları Bəhreyn ərazisinə HÜCUM ETDİ

İran PUA-ları Bəhreyn ərazisinə HÜCUM ETDİ

Əfqanıstanda güclü zəlzələ oldu

Əfqanıstanda güclü zəlzələ oldu

Avtobusda ödəniş etməsəniz, sürücü CƏRİMƏLƏNƏCƏK

Avtobusda ödəniş etməsəniz, sürücü CƏRİMƏLƏNƏCƏK

Ədalət Şükürov bağında qonaqlıq verdi - FOTO

Ədalət Şükürov bağında qonaqlıq verdi - FOTO

Bakıda 64 yaşlı kişi hərbi xidmətə ÇAĞIRILDI

Bakıda 64 yaşlı kişi hərbi xidmətə ÇAĞIRILDI

Tahir Abdullayev UFC turnirində qələbə qazandı - VİDEO

Tahir Abdullayev UFC turnirində qələbə qazandı - VİDEO

Portuqaliya millisindən duyğusal jest – VİDEO

Portuqaliya millisindən duyğusal jest – VİDEO

İkinci qəbul imtahanı asan olmayacaq - AÇIQLAMA

İkinci qəbul imtahanı asan olmayacaq - AÇIQLAMA

End of content

No more pages to load

RADİO