“Artemis I” Ay missiyası çərçivəsində orbitə göndərilmiş ABŞ-ın “Orion” kosmik gəmisi dekabrın 11-də Yerə qayıdıb.
Bizim.Media TASS informasiya agentliyinə istinadən xəbər verir ki, bu barədə ABŞ Milli Aeronavtika və Kosmik Fəzanın Tədqiqatı İdarəsi (NASA) məlumat yayıb.
Mənbə yazır ki, “Orion” gəmisi San-Diyeqo yaxınlığında Sakit okeana enib.
NASA qeyd edib ki, gəmiyə heç bir ziyan dəyməyib.
Xatırladaq ki, NASA “Artemis” proqramının birinci mərhələsi çərçivəsində “Orion” kosmik gəmisi ilə birlikdə “Space Launch System” ifrat ağır daşıyıcı raketi noyabrın 16-da orbitə buraxmışdı.
Bizim.Media