Havay adalarında Halemaumau kraterində Kilauea vulkanının püskürməsi baş verib.
Bizim.Media xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti (USGS) məlumat yayıb.
"Kilauea vulkanının zirvəsindəki Halemauau kraterində davam edən püskürmənin 52-ci epizodunda ilkin aşağı səviyyəli aktivlik Havay vaxtı ilə səhər saat 10:22 radələrində başlayıb" - açıqlamada deyilir.
Püskürmənin başlaması ilə əlaqədar olaraq, mütəxəssislər aviasiya üçün həyəcan siqnalı səviyyəsini sarıdan narıncıya qaldırıblar. Seysmoloqlar vulkanik aktivliyini və vəziyyəti izləməyə davam edirlər.
Bizim.Media