Zaqatalada dönərdən kütləvi zəhərlənmə olub.
Bizim.Media Lent.az-a istinadla xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.
Rayon sakini olan 8 nəfər Zaqatala şəhəri ərazisində müxtəlif iaşə obyektlərində yedikləri dönərdən zəhərlənərək, xəstəxanaya müraciət edib.
Hadisə ilə bağlı hüquq-mühafizə orqanları araşdırmalara başlayıb.
Bizim.Media