Serbiya prezidenti Aleksandr Vuçiç Kosovonun şimalında vəziyyətin gərginləşməsi ilə əlaqədar Milli Təhlükəsizlik Şurasının təcili iclasını keçirəcək.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Serbiyanın RTS milli televiziyası yayıb.
Mənbə yazır ki, iclas yerli vaxtla saat 19:00-da baş tutacaq.
Telekanalın məlumatına görə, fövqəladə iclasın çağırılması Kosovonun baş naziri Albin Kurtinin bazar günü axşama qədər Kosovonun şimalında magistral yollardakı barrikadaların aradan qaldırılması üçün serblərə ultimatum verməsindən sonra elan edilib. Əks halda Kosovo polisi vəziyyətə müdaxilə edəcək.
Bizim.Media