"Bakı Limanı Orta Dəhlizdə vacib rola malikdir" - Aİ səfiri

Azərbaycanla tranzit və logistika sahəsində əməkdaşlığımız vacibdir. 

Bizim.Media xəbər verir ki, bunu “Bakı Limanının Yaşıl Liman Konsepsiyasının həyata keçirilməsinə və əməliyyat imkanlarının gücləndirilməsinə dəstək” layihəsinin açılış mərasimində Avropa İttifaqının (Aİ) Azərbaycandakı səfiri Peter Mixalko deyib.

O əlavə edib ki, Aİ olaraq tərəfdaşlarla əməkdaşlıq edərkən bunun yüksək standartlara uyğun olmasına çalışırlar. Bu rəqəmsal tranziti, yaşıl böyüməni, iqtisadiyyatı, birgə işlədikləri digər layihələri əhatə edir.

Aİ-nin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri əlavə edib ki, Aİ tərəfdaşları ilə mexanizmlər çərçivəsində əməkdaşlıq edir, alətlərdən istifadə edir. Buna nümunə kimi, Peter Mixalko Aİ-nin Şərq Tərəfdaşlığı ölkələri üçün nəzərdə tutduğu İqtisadi İnvestisiya Planı barədə danışıb. 

"Bildiyiniz kimi, bu ilin əvvəlində İqtisadi İnkişaf Planı elan olundu, bu Planın potensialı 2 milyard avroya qədər maliyyə vəsaitidir. Bu vəsait yaşıl böyümə kimi təşəbbüslərin reallaşması üçün istifadə oluna bilər. Lakin əməkdaşlıq layihələri, imkanlar daha çoxdur, məsələn "Global Gateway" təşəbbüsü-aləti.
Biz Azərbaycanda da tərəfədaşlığımızı gücləndiririk, ölkə iqtisadiyyatına töhvə vermək üçün qeyri-neft sektorunun, özəl sektorun inkişafı üçün hökumətlə yaxından işləyirik. Çox şadam ki, bu gün buradayam, yaşıl liman konseptinin icrası və onun əməliyyat funskilayalarının genişlındirilməsi məqsədini daşıyan bu vacib layihənin başladılmasında iştirak edirəm. Bu, bizim dəstəklədiyimiz prioritetlər barədədir" - deyə, səfir əlavə edib. 

Peter Mixalko həmçinin vurğulayıb ki, Aİ Azərbaycan hökuməti ilə, İqtisadiyyat Nazirliyi ilə iqtisadi investisiyalar üzrə yüksək səviyyəli işçi qrupunun təşkil olunması istiqamətində yaxından işləyir:

"Biz həmçinin, Bakı Limanının istəyi əsasında onunla bir layihə barəsində danışıqlar aparırıq, Bu, günəş panellərinin quraşdırılması ilə bağlıdır. Bu, yaşıl liman konsepti üçün vacib perspektivdir". 

Aİ-nin diplomatı Bakı Limanının Orta Dəhliz konspetində vacib rola malik olduğunu qeyd edərək, bu mənada dəstəklərini davam etdirəcəklərini vurğulayıb. 

"Aİ ölklərinin şirkətləri sizinlə öz təcrübələrini bölüşə bilər, xüsusilə xidmət sahəsində təcrübələrini. Artıq əməkdaşlıq var, bir sıra şirkətlər əməkdaşlıq edir və bu, inkişaf edəcək. Artıq nəqliyyat xətlərinin bir qismi bu limandan keçir, ya Aİ-yə gedənlər və ya Aİ-dən digər istiqamətdə gedənlər. Bu axın artacaq. 
Həmçinin, hazırkı siyasi vəziyyət, Rusiyanın Ukraynaya qarşı apardığı təcavüzkar müharibə, bu axın artıq artmaqdadır və bu reallığa hazır olmalıyıq. Bizim artıq uğurlu əməkdaşlığımız var və bunu daha necə inkişaf etdirə bilərik? Mən bunun üçün buradayam".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bakıda FACİƏ: 2 nəfər xilas olundu, bir nəfərin meyiti tapıldı

Bakıda FACİƏ: 2 nəfər xilas olundu, bir nəfərin meyiti tapıldı

Rusiyalı mütəxəssislər İrandakı “Buşehr” AES-ə qayıdır

Rusiyalı mütəxəssislər İrandakı “Buşehr” AES-ə qayıdır

Netanyahu: “Razılaşma olsa da, olmasa da İran nüvə silahı əldə etməyəcək”

Netanyahu: “Razılaşma olsa da, olmasa da İran nüvə silahı əldə etməyəcək”

ABŞ-ın məxfi planı: Vaşinqton Kanadanı necə ələ keçirməyi planlaşdırırdı?

ABŞ-ın məxfi planı: Vaşinqton Kanadanı necə ələ keçirməyi planlaşdırırdı?

Xaçmazda Vətən Müharibəsi şəhidinin atası vəfat etdi

Xaçmazda Vətən Müharibəsi şəhidinin atası vəfat etdi

Bakının bu ərazisində su kəsilib

Bakının bu ərazisində su kəsilib

DİN-dən vətəndaşlara ÇAĞIRIŞ: Uşaqları nəzarətsiz qoymayın - FOTO

DİN-dən vətəndaşlara ÇAĞIRIŞ: Uşaqları nəzarətsiz qoymayın - FOTO

“Üzümdəki hər qırış hisslərimin izidir“ - FOTO

“Üzümdəki hər qırış hisslərimin izidir“ - FOTO

Bakıda neft çənlərində GÜCLÜ YANĞIN: Əraziyə FHN qüvvələri cəlb olundu - VİDEO

Bakıda neft çənlərində GÜCLÜ YANĞIN: Əraziyə FHN qüvvələri cəlb olundu - VİDEO

Litvalı jurnalist Şuşa Qlobal Media forumundan yazdı: “Qarabağa qayıdacağıma söz vermişdim” - FOTO

Litvalı jurnalist Şuşa Qlobal Media forumundan yazdı: “Qarabağa qayıdacağıma söz vermişdim” - FOTO

PSJ-dən Arda Güler üçün ŞOK TƏKLİF: 115 milyon avro

PSJ-dən Arda Güler üçün ŞOK TƏKLİF: 115 milyon avro

Xameneinin yayılan VİDEOSU ilə bağlı açıqlama

Xameneinin yayılan VİDEOSU ilə bağlı açıqlama

Kafeyə silahlı hücum: Ölənlər var - VİDEO

Kafeyə silahlı hücum: Ölənlər var - VİDEO

Pezeşkian Xamenei ilə GÖRÜŞDÜ

Pezeşkian Xamenei ilə GÖRÜŞDÜ

Tovuzda evdə yanğın - Zəhərlənən var - VİDEO

Tovuzda evdə yanğın - Zəhərlənən var - VİDEO

Demokratlar Tramp və onun biznes çevrəsinə qarşı genişmiqyaslı araşdırmalar hazırlayır

Demokratlar Tramp və onun biznes çevrəsinə qarşı genişmiqyaslı araşdırmalar hazırlayır

Yer ilə kosmos arasında lift inşa ediləcək

Yer ilə kosmos arasında lift inşa ediləcək

Avtomobil sahiblərinin nəzərinə: Kasko bahalaşır - SƏBƏBLƏR və gözlənilən YENİLİKLƏR

Avtomobil sahiblərinin nəzərinə: Kasko bahalaşır - SƏBƏBLƏR və gözlənilən YENİLİKLƏR

Bir ömrün izi, bir insanın işığı: Əlibala Məhərrəmzadə - 50

Bir ömrün izi, bir insanın işığı: Əlibala Məhərrəmzadə - 50

SEPAH komandiri: ABŞ və İsrail İranda məqsədlərinə çata bilmədi

SEPAH komandiri: ABŞ və İsrail İranda məqsədlərinə çata bilmədi

Babək prospektində “Cobalt” yolun ortasında park edildi - VİDEO

Babək prospektində “Cobalt” yolun ortasında park edildi - VİDEO

Təhsil krediti var – Bəs niyə minlərlə tələbə universitetdən uzaqlaşdırılır?

Təhsil krediti var – Bəs niyə minlərlə tələbə universitetdən uzaqlaşdırılır?

Şəmkirdə 62 yaşlı kişini "tok" öldürdü

Şəmkirdə 62 yaşlı kişini "tok" öldürdü

Azərbaycanda 8 gün iş olmayacaq

Azərbaycanda 8 gün iş olmayacaq

End of content

No more pages to load

RADİO