Futbol üzrə dünya çempionatının qrup mərhələsində bu gün 3-cü tur başlayır.
Ənənəyə uyğun olaraq sonuncu turda oyunlar eyni vaxtda başlayacaq. İlk olaraq A və B qruplarının matçları keçiriləcək.
A qrupunda saat 19-da Niderland-Qətər və Ekvador Seneqal oyunları baş tutacaq. B qrupunda isə Uels-İngiltərə və İran-ABŞ oyunları olacaq.
Qeyd edək ki, B qrupunun oyunları Bakı vaxtı ilə saat 23-də başlayacaq.
Bizim.Media