“İddiaçılar Turnirində iştirakdan imtina etməmişəm” - Teymur Rəcəbov

Azərbaycan şahmatçısı Teymur Rəcəbov federasiyanın mətbuat xidmətinin suallarını cavablandırıb. 

Bizim.Media həmin müsahibəni təqdim edir:
 

MÖVZU İLƏ BAĞLI:

“Teymur Rəcəbovun qələbəsi Azərbaycanın Ermənistan üzərindəki zəfərinə bənzəyir“- “The Guardian” 


- İlk olaraq ''Airthings Masters'' onlayn turnirində qələbəniz barədə danışaq. Yəqin ki, final görüşü daha çətin alındı...

- Əlbəttə. Adətən, turnirdə ən yaxşı formaya malik, inamlı mübarizə göstərən və ən yaxşı nəticə əldə edən iştirakçılar finala vəsiqə qazanırlar.

- Bu turnirdə siz bir qədər emosional göründünüz. Adətən Teymur Rəcəbovu belə izləməzdik...
 

- Yaşımız artır (gülür). Əslində çox böyük fiziki və emosional gərginlik yaşadım. Ümumilikdə 9 gün ərzində 35 partiya oynadım. Fərqli reqlament olmasına baxmayaraq, bəzən klassik oyun sərgiləməkdən qat-qat çox güc istifadə olunur.


Gün ərzində tay-breykləri nəzərə almadan dörd partiya oynanılırdı. Belə çətin yarışın finalında qələbə qazandıqdan sonra neçə gündür hiss etdiyin bütün bu gərginlik səni tərk edir. Sevinc göz yaşlarını gizlətmək çətin olur. Əvvəllər emosiyalarımı idarə edirdim. Amma burada alınmadı.

- Qarşıda hansı yarışlarda iştirak edəcəksiniz?

- Fevral, mart və mayda dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun növbəti mərhələlərində iştirak edəcəyim gözlənilir. Sonra ilin sonuna qədər yarışlar var. Avropa və dünyada epidemioloji vəziyyətdən asılı olaraq, bəzi turnirlərin təxirə salınması və ya ləğvi istisna olunmur.

- Pandemiyaya görə Yekaterinburqda keçirilən İddiaçılar Turnirində iştirakdan imtina etdiniz. Yarış ilk dövrədən sonra dayandırıldı. İddiaçılar Turnirində iştirakçıların sırasına bərpa olunacağınız gözlənilirmi?

- Məsələ burasındadır ki, İddiaçılar Turnirində iştirakdan imtina etməmişəm. Yalnız FIDE-yə bu turniri təxirə salmaları xahişi ilə məktub göndərdim, çünki pandemiya zamanı iştirakçıların məhdudiyyətlərə görə tam gücləri ilə oynaya bilməyəcəklərini düşünürdüm.
 

Turdan əvvəl testin verilməsi, hərarətin ölçülməsi, oteldən çıxmağa qadağanın qoyulması təsirsiz ötüşmür. Şahmatçılardan biri xəstələnsə, nə ediləcəyi bəlli deyildi və s. İddiaçılar Turniri artmaqda olan pandemiya vaxtı 22 gün müddətində keçirilməli idi.


Maska geyinməklə demək olar xəstəxana şəraitində şahmat oynamağın psixoloji baxımdan çətin olacağını düşünürdüm. Yeri gəlmişkən, bu turnir martın 15-də başlandı və sona çatdırılmadı.

Ümid edirəm ki, FIDE məni dünya çempionu adı uğrunda mübarizədə mühüm yarış hesab edilən İddiaçılar Turnirindən kənarda qoymamaq üçün məqbul bir həll tapacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İranın zərbələri ABŞ-a məxsus hərbi bazalara CİDDİ ZİYAN vurub - KİV

İranın zərbələri ABŞ-a məxsus hərbi bazalara CİDDİ ZİYAN vurub - KİV

Goranboyda ağacların arasından meyit tapıldı

Goranboyda ağacların arasından meyit tapıldı

Aynişanın bu stili mübahisə yaratdı - FOTOLAR

Aynişanın bu stili mübahisə yaratdı - FOTOLAR

Tiktoker ev dustaqlığına BURAXILDI

Tiktoker ev dustaqlığına BURAXILDI

Ölkədə vaxtı keçmiş kreditlərin həcmi açıqlanıb

Ölkədə vaxtı keçmiş kreditlərin həcmi açıqlanıb

Nəslillərarası “SAVAŞ” - Öz böyütdüyünü bəyənməyən valideynlər, yoxsa “at oynadan” övladlar?

Nəslillərarası “SAVAŞ” - Öz böyütdüyünü bəyənməyən valideynlər, yoxsa “at oynadan” övladlar?

Tramp yenə Merzi tənqid etdi: İşimizə qarışma!

Tramp yenə Merzi tənqid etdi: İşimizə qarışma!

Bakıda Avropa Kubokunun açılış mərasimi oldu

Bakıda Avropa Kubokunun açılış mərasimi oldu

Onkologiya Mərkəzindəki partlayışı xəstə törədib - RƏSMİ

Onkologiya Mərkəzindəki partlayışı xəstə törədib - RƏSMİ

Dağıstanın rəhbəri Sergey Melikov vəzifəsindən azad edilib

Dağıstanın rəhbəri Sergey Melikov vəzifəsindən azad edilib

Bu ərazilərdə qaz olmayacaq

Bu ərazilərdə qaz olmayacaq

Binə stadionu beynəlxalq matçlara ev sahibliyi edəcək - FOTO

Binə stadionu beynəlxalq matçlara ev sahibliyi edəcək - FOTO

Bu yollar 3 GÜN bağlı olacaq – XƏBƏRDARLIQ

Bu yollar 3 GÜN bağlı olacaq – XƏBƏRDARLIQ

Beynəlxalq gənclər forumunun bir qrup iştirakçısı Milli Məclisdə - FOTO

Beynəlxalq gənclər forumunun bir qrup iştirakçısı Milli Məclisdə - FOTO

Bir zamanların sevilən aktyoru bu görüntüsü ilə sevənlərini üzdü - FOTO

Bir zamanların sevilən aktyoru bu görüntüsü ilə sevənlərini üzdü - FOTO

Kürdəmirdə Kürün səviyyəsi qalxdı - ev və əkin sahələri su altında qaldı - FOTOLAR

Kürdəmirdə Kürün səviyyəsi qalxdı - ev və əkin sahələri su altında qaldı - FOTOLAR

Global Həmrəylik Şurasının Qafqaz üzrə regional komissarı TƏYİN OLUNDU – FOTO

Global Həmrəylik Şurasının Qafqaz üzrə regional komissarı TƏYİN OLUNDU – FOTO

Davam edən "TurAz Qartalı - 2026" birgə taktiki-uçuş təlimindən FOTO/VİDEO

Davam edən "TurAz Qartalı - 2026" birgə taktiki-uçuş təlimindən FOTO/VİDEO

DİM nümayəndələri Kamran Əsədovun məhkəməsində iştirak edirlər

DİM nümayəndələri Kamran Əsədovun məhkəməsində iştirak edirlər

Hikmət Hacıyev Səudiyyə Ərəbistanı səfiri ilə görüşdü - FOTO

Hikmət Hacıyev Səudiyyə Ərəbistanı səfiri ilə görüşdü - FOTO

Milli Qəhrəman Xankəndidə restoran açır

Milli Qəhrəman Xankəndidə restoran açır

Xüsusi təyinatlılar XTQ-nin yaradılması gününü belə qeyd etdilər - FOTO/VİDEO

Xüsusi təyinatlılar XTQ-nin yaradılması gününü belə qeyd etdilər - FOTO/VİDEO

Qarabağda torpaqların icarəyə verilməsi üzrə növbəti MÜSABİQƏ elan edilib

Qarabağda torpaqların icarəyə verilməsi üzrə növbəti MÜSABİQƏ elan edilib

“Rəsmi Bakı hansısa ölkə ilə təmaslarını heç vaxt 3-cü tərəfə yönəltmir” – Əlibala Məhərrəmzadə

“Rəsmi Bakı hansısa ölkə ilə təmaslarını heç vaxt 3-cü tərəfə yönəltmir” – Əlibala Məhərrəmzadə

End of content

No more pages to load

RADİO