Əməkdar artist Aybəniz Haşımovanın qızı Aynişan Quliyeva yenidən geyim tərzi ilə müzakirələrin mərkəzinə düşüb.
Bizim.Media xəbər verir ki, bloger bu dəfə şəhər küçələrində çəkilən fotoları ilə gündəmə gəlib.
Belə ki, onun seçdiyi kombin qara rəngli idman üslublu dar şort (velosiped taytı), qısa top və üzərindən geyindiyi bej rəngli gödəkçə ilə tamamlanıb. Aynişan obrazını klassik hündürdaban ayaqqabı və gün eynəyi ilə tamamlayıb.
O, fotolara belə şərh verib:
"Çox trend geyinmişəm”.
Sosial şəbəkələrdə yayılan görüntülər birmənalı qarşılanmayıb. İzləyicilərin bir qismi bu stili “müasir və cəsarətli” adlandıraraq bəyənsə də, digərləri idman və klassik elementlərin bu cür qarışımını uğurlu hesab etməyib. (yenisabah.az)





Bizim.Media