Sahibə Qafarova Mərakeş Krallığının Nümayəndələr Palatasının sədri ilə görüşüb - FOTO 

ASEAN Parlamentlərarası Assambleyasının 43-cü Baş Assambleyasında iştirak etmək məqsədilə Kamboca Krallığında səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarova noyabrın 23-də Mərakeş Krallığının Nümayəndələr Palatasının sədri Raşid Talbi El Alami ilə görüşüb. 

Bu barədə Bizim.Media-ya Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. 

Bildirilib ki, Nümayəndələr Palatasının sədrini salamlayan spiker Sahibə Qafarova, cari ilin iyun ayında Bakıda keçirilən Qoşulmama Hərakatının Parlament Şəbəkəsinin birinci konfransı çərçivəsində Raşid Talbi El Alami ilə görüşünü məmnunluqla xatırlayıb.  

Spiker Sahibə Qafarova bildirib ki, sədr olaraq, hazırda Parlament Şəbəkəsinin digər parlamentlərarası təşkilatlarla əməkdaşlığını genişləndirməyə çalışır.

Həmçinin üzv parlamentlərin nümayəndə heyətlərinin formalaşdırılması üzərində işlər davam edir. Görüşdə qeyd olunub ki, xalqlarımız arasında ortaq dini və mədəni köklər ölkələrimiz arasında əlaqələrdə də mühüm rol oynayır. Ölkələrimiz arasında münasibətlərin inkişafında parlamentlərarası əməkdaşlığın xüsusi yer tutduğunu qeyd edən spiker Sahibə Qafarova deyib ki, hər iki ölkənin parlamentlərində dostluq qruplarının fəaliyyət göstərməsi məmnunluq doğurur.
Mərakeş Krallığının Nümayəndələr Palatasının sədri Raşid Talbi El Alami cari ildə Azərbaycana səfərindən məmnunluğunu bildirib, ölkəmizdə gördüyü inkişaf prosesləri barədə xoş təəssüratlarını bölüşüb. 

O, Azərbaycanın Parlament Şəbəkəsinə sədrliyini uğurlu hesab etdiklərini və hər cəhətdən dəstəklədiklərini bildirib. 

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Andrey Sibiqa: Zelenski Putinlə Ankarada görüşməyə hazırdır

Andrey Sibiqa: Zelenski Putinlə Ankarada görüşməyə hazırdır

Cennifer Lopez 50 milyon dollarlıq malikanəsini yenə sata bilmədi

Cennifer Lopez 50 milyon dollarlıq malikanəsini yenə sata bilmədi

PROQNOZ: Dünya çempionu bu ölkə olacaq

PROQNOZ: Dünya çempionu bu ölkə olacaq

Mənzilini müqaviləsiz kirayə verənlərin DİQQƏTİNƏ

Mənzilini müqaviləsiz kirayə verənlərin DİQQƏTİNƏ

Antibiotikdən ölən hamilə qadınla bağlı Baş Prokurorluqdan AÇIQLAMA

Antibiotikdən ölən hamilə qadınla bağlı Baş Prokurorluqdan AÇIQLAMA

Atası ilə barışdı, qardaşı ilə hələ də danışmır...

Atası ilə barışdı, qardaşı ilə hələ də danışmır...

İsti havalarda infarkt riski arta bilər: Bu əlamətlərə laqeyd yanaşmayın!

İsti havalarda infarkt riski arta bilər: Bu əlamətlərə laqeyd yanaşmayın!

Aktrisa: 43 yaşında hamilə qalacağımı gözləmirdim

Aktrisa: 43 yaşında hamilə qalacağımı gözləmirdim

Kişineu ilə Bakı arasında birbaşa müntəzəm uçuşlara başlanıldı - FOTO

Kişineu ilə Bakı arasında birbaşa müntəzəm uçuşlara başlanıldı - FOTO

Ukrayna müdafiə nazirinin istefa verməsinin SƏBƏBLƏRİ AÇIQLANDI

Ukrayna müdafiə nazirinin istefa verməsinin SƏBƏBLƏRİ AÇIQLANDI

Sabiq başçının bacısı oğluna vəzifə verildi

Sabiq başçının bacısı oğluna vəzifə verildi

Hidayət Heydərov sosial şəbəkə paylaşımına görə cəzalandırıldı – FOTO

Hidayət Heydərov sosial şəbəkə paylaşımına görə cəzalandırıldı – FOTO

Qızıl axtarmaq həvəsinə DÜŞƏNLƏR – Hansı cəzası var?

Qızıl axtarmaq həvəsinə DÜŞƏNLƏR – Hansı cəzası var?

Messi: “Heç kim bizə heç nə vermədi, hər şeyi futbol meydançasında qazandıq”

Messi: “Heç kim bizə heç nə vermədi, hər şeyi futbol meydançasında qazandıq”

Azərbaycan dənizçilərinə RƏSMİ XƏBƏRDARLIQ: “Müharibə zonalarından uzaq durun!”

Azərbaycan dənizçilərinə RƏSMİ XƏBƏRDARLIQ: “Müharibə zonalarından uzaq durun!”

Ukraynanın yeni Baş naziri Sergey Koretski kimdir? – DOSYE

Ukraynanın yeni Baş naziri Sergey Koretski kimdir? – DOSYE

DİQQƏT! Məşhur kvas markalarında uyğunsuzluq aşkarlandı – FOTO

DİQQƏT! Məşhur kvas markalarında uyğunsuzluq aşkarlandı – FOTO

Rusiyanın Çelyabinsk vilayətində güclü leysan: 42 nəfər təxliyə edildi – VİDEO

Rusiyanın Çelyabinsk vilayətində güclü leysan: 42 nəfər təxliyə edildi – VİDEO

Tomas Tuxellə bağlı QƏRAR VERİLDİ

Tomas Tuxellə bağlı QƏRAR VERİLDİ

Ukraynanın yeni Baş naziri TƏYİN EDİLDİ

Ukraynanın yeni Baş naziri TƏYİN EDİLDİ

Cibləri heç vaxt boş qalmayan 5 bürc

Cibləri heç vaxt boş qalmayan 5 bürc

Nabranın dəyişməyən MƏNZƏRƏSİ - Çimərlik niyə örüşə çevrilib? – VİDEO

Nabranın dəyişməyən MƏNZƏRƏSİ - Çimərlik niyə örüşə çevrilib? – VİDEO

Xameneinin dəfn olunduğu ziyarətgah yandı – VİDEO

Xameneinin dəfn olunduğu ziyarətgah yandı – VİDEO

Hidayət Heydərov dünya çempionatından əvvəl çəki dərəcəsini dəyişdi

Hidayət Heydərov dünya çempionatından əvvəl çəki dərəcəsini dəyişdi

End of content

No more pages to load

RADİO