Qətərdə keçirilən dünya çempionatında günün ikinci matçında Seneqal və Niderland qarşılaşacaq.
Bizim.Media xəbər verir ki, A qrupunun ikinci oyununa çıxacaq komandaların start heyətləri açıqlanıb:
Seneqal: Eduar Mendi, Yussuf Sabali, Pape, Abu Sisse, Xalidu Kulibali, Abdu Diallo, Şeyhu Kuyate, Nampali Mendi, İdrissa Geye, Buna Sarr, Bulaye Dia, Krepin Diatta.
Niderland: Andris Noppert, Denzel Dümfris, Matteys de Liqt, Vircil van Deyk, Natan Ake, Deyli Blind, Stiven Bergeys, Frenki De Yong, Kodi Qakpo, Vinsent Yanssen, Stiven Berqveyn.
Qeyd edək ki, "Al-Tumama" arenasındakı oyun Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.
Oyunu braziliyalı Uilton Sampayo idarə edəcək.
Bizim.Media