Türkiyənin "Fənərbağça" klubunun futbolçusu Ener Valensiya Ekvador millisinin tarixinə düşüb.
Bizim.Media xəbər verir ki, hücumçu buna Qətərə qarşı dünya çempionatının açılış oyununda fərqlənməklə nail olub.
16-cı dəqiqədə penaltidən hesabı açan forvard ölkəsinin mundiallar tarixində ən çox qol vuran oyunçusu olub.
31-ci dəqiqədə bir daha fərqlənməklə qollarının sayını 5-ə çatdıran Valensiya Aqustin Delqadonu (3) keçib.
Bizim.Media