Hikmət Hacıyevdən İran rəsmisinin açıqlamasına REAKSİYA

“İran İslam Respublikasının Ali Rəhbərinin müşaviri Əli Əkbər Vilayətinin İran mediasına verdiyi açıqlaması ilə tanış olmuşuq”.

Bizim.Media xəbər verir ki, bunu apa.az-a açıqlamasında Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

Agentliyin “İran İslam Respublikasının Ali Rəhbərinin müşaviri Əli Əkbər Vilayəti Azərbaycan-İran əlaqələri haqqında bəyanatla çıxış edib, ölkələrimizin ortaq tarixi irsə və adət-ənənələrə malik olduğunu qeyd edib, Azərbaycan Respublikasının xalqını “gözümüzün işığı” adlandırıb və son günlərdə bəzilərinin qərəzli şəkildə İranın Azərbaycan Respublikası ilə döyüşmək istədiyi barədə şayilər yaydığını deyib.

Bu barədə nə deyərdiniz?” sualına cavabında Hikmət Hacıyev deyib:

“Əli Əkbər Vilayətinin xalqlarımızın ortaq tarixi, dini, mədəni irsə və adət-ənənlərə malik olması və bütövlükdə Azərbaycan-İran əlaqələri barəsində səsləndirdiyi qeydlərini müsbət qiymətləndirir və təqdir edirik.

Təəssüflə qeyd etmək istərdik ki, son dövrlərdə İran İslam Respublikasının bəzi rəsmi şəxslərinin, parlament üzvlərinin və güc strukturlarının nümayəndələrinin bir sıra açıqlamaları iki ölkə arasında gərginliyin artmasına səbəb olub.
Azərbaycan Respublikası bu gərginliyin yaranmasının təşəbbüskarı olmayıb. Xüsusilə onu bildirmək istərdim ki, Azərbaycan sərhədləri yaxınlığında İran silahlı qüvvələrinin iki hərbi təlim keçirməsi ölkələrimiz arasında etimadın güclənməsinə xidmət etməyib, əksinə bu etimada mənfi təsir göstərib.

Azərbaycan Respublikası bütün dövrlərdə qarşılıqlı hörmət və etimad əsasında İran İslam Respublikası ilə əlaqələrin inkişafında maraqlı olub və bu gün də bu belədir”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Smartfonlar kəskin BAHALAŞACAQ

Smartfonlar kəskin BAHALAŞACAQ

Almaniyada suyun istifadəsi məhdudlaşdırıldı - Əməl etməyənlər 50.000 avroya qədər CƏRİMƏLƏNƏCƏK

Almaniyada suyun istifadəsi məhdudlaşdırıldı - Əməl etməyənlər 50.000 avroya qədər CƏRİMƏLƏNƏCƏK

Qusarda mühüm KONFRANS - Dini mövzuların mediada təqdimatı müzakirə edilir – FOTO

Qusarda mühüm KONFRANS - Dini mövzuların mediada təqdimatı müzakirə edilir – FOTO

Şabranda kişini “tok” öldürdü

Şabranda kişini “tok” öldürdü

Astronavtın Aya apardığı SSRİ bayrağı hərracda satıldı

Astronavtın Aya apardığı SSRİ bayrağı hərracda satıldı

Dünyanın 100 ən yaxşı mətbəxi – Azərbaycan neçəncidir? – YENİ REYTİNQ

Dünyanın 100 ən yaxşı mətbəxi – Azərbaycan neçəncidir? – YENİ REYTİNQ

Çarukyanın sement zavodu ƏLİNDƏN ALINDI

Çarukyanın sement zavodu ƏLİNDƏN ALINDI

Azərbaycanda yeni parklanma qaydaları TƏSDİQLƏNDİ – CƏDVƏL

Azərbaycanda yeni parklanma qaydaları TƏSDİQLƏNDİ – CƏDVƏL

Türkiyənin NATO sammitindən qazandığı vəsait AÇIQLANDI

Türkiyənin NATO sammitindən qazandığı vəsait AÇIQLANDI

Qazaxıstanla Çin arasında 15 milyardlıq ANLAŞMA

Qazaxıstanla Çin arasında 15 milyardlıq ANLAŞMA

Zərdabdakı ağır qəzada xəsarət alanların SON DURUMU

Zərdabdakı ağır qəzada xəsarət alanların SON DURUMU

Ptolomeydən Strabona: Qədim coğrafiyaşünasların tərənnüm etdiyi Azərbaycan şəhəri – TOPONİMLƏR

Ptolomeydən Strabona: Qədim coğrafiyaşünasların tərənnüm etdiyi Azərbaycan şəhəri – TOPONİMLƏR

60 milyon dollarlıq mənimsəmə ilə bağlı suala belə CAVAB VERDİ

60 milyon dollarlıq mənimsəmə ilə bağlı suala belə CAVAB VERDİ

DİQQƏT! Bakı–Balakən-Bakı sərnişin qatarının fəaliyyəti dayandırılır

DİQQƏT! Bakı–Balakən-Bakı sərnişin qatarının fəaliyyəti dayandırılır

Həyat yoldaşından 14 ildir gizlətdiyi həqiqəti etiraf etdi – Boşanırlar

Həyat yoldaşından 14 ildir gizlətdiyi həqiqəti etiraf etdi – Boşanırlar

Argentina hədəfdə... - Səbəbkar FIFA-dır

Argentina hədəfdə... - Səbəbkar FIFA-dır

Yeni Günəşlidə yol nişanlanması ilə bağlı şikayət: İddialara cavab verildi - VİDEO

Yeni Günəşlidə yol nişanlanması ilə bağlı şikayət: İddialara cavab verildi - VİDEO

Andrey Sibiqa: Zelenski Putinlə Ankarada görüşməyə hazırdır

Andrey Sibiqa: Zelenski Putinlə Ankarada görüşməyə hazırdır

Cennifer Lopez 50 milyon dollarlıq malikanəsini yenə sata bilmədi

Cennifer Lopez 50 milyon dollarlıq malikanəsini yenə sata bilmədi

PROQNOZ: Dünya çempionu bu ölkə olacaq

PROQNOZ: Dünya çempionu bu ölkə olacaq

Mənzilini müqaviləsiz kirayə verənlərin DİQQƏTİNƏ

Mənzilini müqaviləsiz kirayə verənlərin DİQQƏTİNƏ

Antibiotikdən ölən hamilə qadınla bağlı Baş Prokurorluqdan AÇIQLAMA

Antibiotikdən ölən hamilə qadınla bağlı Baş Prokurorluqdan AÇIQLAMA

Atası ilə barışdı, qardaşı ilə hələ də danışmır...

Atası ilə barışdı, qardaşı ilə hələ də danışmır...

İsti havalarda infarkt riski arta bilər: Bu əlamətlərə laqeyd yanaşmayın!

İsti havalarda infarkt riski arta bilər: Bu əlamətlərə laqeyd yanaşmayın!

End of content

No more pages to load

RADİO