Şabranda 53 yaşlı sakin ehtiyatsızlığın qurbanı olub.
Bizim.Media-nın Şimal bürosunun məlumatına görə, hadisə rayonun Düzbilici kəndində qeydə alınıb.
Kənd sakini, 1973-cü il təvəllüdlü Arif Cumayev həyətindəki su quyusunda mühərriki təmir edərkən onu elektrik cərəyanı vurub. Nəticədə kişi hadisə yerindəcə keçinib.
Faktla bağlı Şabran rayon prokurorluğunda araşdırma aparılır.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu