Azərbaycan millisinin və "Qarabağ"ın futbolçusu Bədavi Hüseynov yığmanın Moldova və Şimali Makedoniya ilə yoxlama oyunlarında iştirak etməyəcək.
Bizim.Media AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, buna səbəb 31 yaşlı müdafiəçinin zədəli olmasıdır.
Qeyd edək ki, yığma noyabrın 16-da Moldova ilə, 4 gün sonra Şimali Makedoniya ilə üz-üzə gələcək.
Bizim.Media