Rusiya prezidenti Vladimir Putin gələn həftə ölkənin Təhlükəsizlik Şurasının üzvləri ilə operativ iclas keçirəcək.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı rus mətbuatı yayıb.
Mənbə yazır ki, dövlət başçısı hər həftə Təhlükəsizlik Şurasının daimi üzvləri ilə görüşlər keçirir. Lakin ötən həftə belə bir görüş olmayıb.
Elan edilən görüşdə prezidentin konkret nəyi müzakirə etmək niyyətində olduğu hələlik açıqlanmır. Amma əvvəlki görüşlər bir çox sistemli qərarların qəbuluna təkan verib. Xüsusilə, Ukraynada keçirilən “xüsusi əməliyyat”ın xarakteri dəyişib.
Bizim.Media