ABŞ İrandakı əməliyyatın keçirilməsinə 80 milyard dollardan 100 milyard dollara qədər vəsait xərcləyə bilər.
Bizim.Media xəbər verir ki, bu barədə "NBC News" telekanalı Pentaqonun daxili qiymətləndirmələri ilə tanış olan mənbələrə istinadən məlumat yayıb.
Jurnalistlərin məlumatına görə, ABŞ hərbi nazirinin (müdafiə nazirinin) maliyyə məsələləri üzrə müavini vəzifəsini icra edən Culs Hörst iyulun 14-də Senatda keçirilən dinləmələr zamanı bildirib ki, ABŞ təmir işləri nəzərə alınmadan hərbi əməliyyatlara 30 milyard dollar xərcləyə bilər.
Bununla belə, məmur qeyd edib ki, bu qiymətləndirmə bir neçə ay əvvəl səsləndirilib.
Pentaqonun daxili qiymətləndirmələrinə əsasən, zərər çəkmiş bazaların təmir xərcləri, sursat ehtiyatlarının bərpası və məhv edilmiş təyyarələrin əvəzlənməsi bura daxil edildikdə, əməliyyatın xərcləri 100 milyard dollara qədər yüksələ bilər.
Bizim.Media