Ukrayna Prezidenti Volodimir Zelenski və Böyük Britaniyanın Baş naziri Rişi Sunak arasında telefon danışığı olub.
Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna rəhbəri şəxsi “Twitter” hesabında məlumat yayıb.
Zelenski Böyük Britaniyanın Ukraynaya dəstəyini yüksək qiymətləndirdiyini bildirib.
“Biz Ukraynaya çox şaxəli müdafiə dəstəyi və qış dövrü üçün edə biləcəkləri yardımı müzakirə etdik. Həmçinin “taxıl sövdələşməsi”nin davam etdirilməsi və mühüm beynəlxalq tədbirlər ərəfəsində razılaşdırılmış mövqelərimizi müzakirə etdik”,- deyə o qeyd edib.
Bizim.Media
