“Rusiya hələ də qüdrətli hərbi potensiala malikdir”.
Bizim.Media xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq Böyük Britaniyanın Baş naziri Rişi Sunakla görüşdən sonra jurnalistlərə bildirib.
"Biz Rusiyanı potensialını gözardı etməməliyik. Onların hələ də Ukrayna şəhərlərinə hücum və zərbə endirmək imkanları və gücü var. Daha əvvəl Ukrayna ərazisinə endirilən pilotsuz təyyarələr və raket zərbələri buna sübutdur. Bu, onu göstərir ki, Rusiya hələ də ölkəyə böyük ziyan vura bilər", - deyə Stoltenberq vurğulayb.
Bizim.Media