İlon Mask “Tesla”nın səhmlərinin təxminən 4 milyard dollarlıq hissəsini satıb.
Bizim.Media xəbər verir ki, bu barədə ABŞ Qiymətli Kağızlar və Birja Komissiyası məlumat yayıb.
Bildirilib ki, son satış nəticəsində Maskın “Tesla”dakı payı 14,7%-dən 14,1%-ə düşüb.
Qeyd edək ki, amerikalı milyarder ötən ay “Twitter”i 44 milyard dollara alıb.
Bizim.Media