Xəbər verdiyimiz kimi Rusiya və Türkiyə prezidentləri arasında telefon danışığı olub və tərəflər taxıl sazişi ətrafında vəziyyəti müzakirə ediblər.
Bizim.Media xəbər verir ki, Kremlin Putin və Ərdoğan arasında telefon danışığına dair yaydığı məlumatda bildirilib.
Məlumata görə, Putin Ərdoğanla söhbətində Rusiya Federasiyasının taxıl sövdələşməsində iştirakını dayandırmaq qərarının səbəblərindən danışıb.
Putin türkiyəli həmkarına Rusiya Federasiyasının kənd təsərrüfatı məhsulları və gübrələrinin dünya bazarlarına çıxarılması üçün taxıl sazişinin ikinci hissəsinin yerinə yetirilməməsinə işarə edib.
Bizim.Media