Keçən ildən bəri gözlənilən hadisə baş verib. Kremlin mətbuat katibi Dmitri Peskovun 24 yaşlı qızı Yelizaveta Peskova çoxdankı sevgilisi, çeçen iş adamı Ruslan Qolbazovla evlənib. İddiaya görə, qız islamı qəbul edib.
Bizim.Media xəbər verir ki, cütlük üç ildir birlikdədir. Məlumdur ki, rusiyalı siyasətçinin kürəkəni qızdan on yaş böyükdür. Sevgililərin evlənəcəyi ilə bağlı söz-söhbətlər ötən il, Sardiniyada toya hazırlaşarkən ortaya çıxıb.
Toy isə bu il oktyabrın 1-də Moskva vilayətində, Ağalarovlar ailəsinin elit malikanəsində baş verib. Tədbirdə 200 nəfər iştirak edib.
Gəlin paltarını Valentin Yudaşkinin komandası tikib və qonaqlar iki şoumen - Qarik Buldoq Xarlamov və Yekaterina Varnava tərəfindən əylənib.
Daha əvvəl Liza bir neçə yüz qonaq və jurnalistin iştirak etdiyi toydan şou etmək fikrində olmadığını bildirib. Həqiqətən toya mətbuatın nümayəndələri dəvət edilməyib.
Bizim.Media






