Bakıda marşrut avtobusunda maraqlı anlar yaşanıb.
Bizim.Media “qafqazinfo.az”a istinadla xəbər verir ki, avtobus sürücüsü sərnişini olan sevgilisinə evlilik təklif edib.
O bu təklifi elə iş vaxtı, digər sərnişinlərin gözü qarşısında edib.
Gözlənilməz addım avtobusdakıların böyük marağına səbəb olub, sürücünün cəsarətli davranışına alqışlarla reaksiya verilib.
Bizim.Media