Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Sincan bölgəsində açılış zamanı gül yağışına tutulub.
Bizim.Media “TRT”yə istinadla xəbər verir ki, Ərdoğan Sincanda “İlk ev, ilk iş yerim” layihəsinin təməlqoyma mərasimindən əvvəl güllərlə qarşılanıb.
Belə ki, mərasimə qatılan Sincan sakinləri ölkə başçısını müşayiət edən avtomobilin üzərinə qızılgüllər atıblar.
Sözügedən rəngarəng görüntüləri təqdim edirik:
Bizim.Media