“Həbsxanada da olsa fəaliyyətimizi davam etdirəcəyik”

Mirmahmud Mirəlioğlu: “Aksiya məsələsi gündəmdə yoxdur, amma...”

 

Son vaxtlar Azərbaycanda müxalif siyasi fəallara, media və vətəndaş cəmiyyəti təmsilçilərinə qarşı təzyiqlərin artması, həyata keçirilən silsilə həbslər və s. cəmiyyətdə ciddi narahatlıqla qarşılanmaqdadır. Cəmiyyətin ictimai-siyasi baxımdan aktiv hissəsnin əksər nümayəndəsi hesab edir ki, baş verənlər hakimiyyətin demokratik islahatlar aparmaq niyyətində olmadığını, əksinə azad sözə qarşı açdığı cəbhəni bir qədər də genişləndirdiyini göstərir.

Siyasi həbslər fonunda müşahidə edilən digər mühüm amil isə müxalifətin əvvəlki kimi yenə də pərakəndə şəkildə mübarizə aparması və bir-birinə yönəlik qınaq və ittihamlardan imtina etməməsidir. Başqa sözlə desək, normalda hakimiyyətin müxalifətə qarşı apardığı repressiya siyasəti gücləndikcə, müxalifət daxilində birlik meyilləri artmalı olduğu halda, bunun əksi müşahidə edilməkdədir. Odur ki, “Hürriyyət” qəzeti və Moderator.az olaraq KXCP sədri Mirmahmud Mirəlioğlu ilə söhbətimizdə ölkədəki son proseslərə aydınlıq gətirməklə yanaşı, müxalifətin birlik perspektivini də araşdırmağa çalışdıq.

 

-Mirmahmud bəy, son vaxtlar hakimiyyətin təzyiq və repressiya siyasətinin pik həddə çatması onu deməyə əsas verirmi ki, belə davam edərsə Azərbaycan qısa müddətdə Şimali Koreyanı belə geridə qoymağı bacaracaq?

 

-Yox, bu olmayacaq. Azərbaycanı Şimali Koreyaya çevirmək imkanı olsaydı, o zaman hakimiyyət bu 21 il ərzində bunu reallaşdırardı. Bu istiqamətdə müəyyən təhlillər, analizlər hazırlana bilər. Ola bilsin hakimiyyətdə elə adamlar var ki, onlar Azərbaycanı Şimali Koreyaya nümunə göstərmək istəyir. Nəfsinə hakim ola bilməyənlər, nəfsinin qulu olanlar bu cür düşünə bilərlər. Amma Azərbaycanı Şimali Koreyaya çevirmək mümkün olmayacaq. Azərbaycanda baş verən proseslər sadəcə insanları qorxutmaq siyasətinin bir hissəsidir. Lakin mən düşünmürəm ki, bu həbslərlə kimisə qorxutmaq mümkün olsun. Azərbaycan hakimiyyətinin həm daxili, həm də xarici siyasəti kifayət qədər qorxaqdır. Bu həbslər də həmin qorxunun təzahüridir. Siyasi kurs bu cür müəyyənləşdirilib. Hakimiyyət elə bilir ki, xalqın, dövlətin pulu sadəcə bir qrup adamda olmalıdır və o pula nəzarət də bir qrup adama məxsus olmalıdır. Insan haqlarını müdafiə edənlərin, xüsusilə də İntiqam Əliyevin həbsi Azərbaycanda xof yaratmaq istəyindən irəli gəlir. Lakin heç bir halda buna nail ola bilməyəcəklər. Çünki bu cür həbslərlə nə İ.Əliyevi, nə də onun müdafiə elədiyi insanları qorxutmaq mümkün deyil.

 

-Bugünlərdə ABŞ Dövlət Departamenti Azərbaycanda insan hüquq və azadlıqları ilə bağlı yaranmış vəziyyətdən narahatlıq duyduğunu bildirdi. Hansı ki, Azərbaycan XİN-nin buna reaksiyası çox kəskin oldu və ABŞ-ın özünü insan hüquq və azadlıqlarına hörmət etməməkdə ittiham etdi. Sizcə hakimiyyətin Qərb dövlətlərinə qarşı bu cür ittihamedici, inkarçı mövqedən çıxış etməsi ölkəmizə nə vəd edir?

 

- Hakimiyyətin bu siyasəti heç bir effekt verməyəcək. Bu, daha çox qarşılıqlı deyişmə xarakteri daşıyır. Hakimiyyət hesab edir ki, Qərbin və ABŞ-ın Azərbaycanda demokratiyanın vəziyyəti, insan hüquq və azadlıqları sahəsindəki problemlərlə bağlı açıqlamalarına, tənqidlərinə hökmən cavab vermək lazımdır. Bu səbəbdən də Qərb dövlətlərinin bu və buna bənzər ittihamlarına yalnız cavab vermək xatirinə cavab verirlər. Bu gün Qərbin tənqid və tövsiyyələrinə qarşı məlum mövqe sərgiləyənlərin Qərbə, ABŞ-a qarşı xüsusi bir anti-patiyası mövcuddur. Bu anti-patiya onlarda sovetdən qalmadır. Onlar soyuq müharibə dönəmindən qalma düşüncə tərzi ilə nəyin bahasına olursa-olsun ABŞ-ı pisləmək, onu yalanlamaq istəyirlər. Lakin onlar unudurlar ki, dünya başqa dünyadır. Bu məsələləri dədədən, babadan qalma üsullarla, sovet metodları ilə həll etmək olmaz.

Azərbaycanda insan haqları addımbaşı pozulur. Bu, hər kəsə bəlli olan bir həqiqətdir. Buna görə də bu müstəvidə səsləndirilən tənqidi fikirlərə yalınız cavab vermək xatirinə cavab vermək düzgün deyil. İkincisi, Azərbaycanda insan haqq və hüquqları ilə bağlı məsələyə hakimiyyətin münasibəti tamamilə fərqlidir. Haqq deyəndə onlar tamamilə başqa şeyi nəzərdə tuturlar. Onlar rüşvəti, korrupsiyanı nəzərdə tuturlar. Amma hakimiyyət doğal insna haqlarını qəbul etmir. Hüquq anlamır. Bu baxımdan Azərbaycan XİN-nin ABŞ Dövlət Departameniə qarşı ittiham xarakterli cavabı gülməlidir. Bu bir parodiyadır.

 

-Artıq bəzi beynəlxalq təşkilatlar Qərbi Azərbaycana qarşı sanksiyalar tətbiq etməyə çağırır. Onların qənaətincə, hakimiyyətin bugünə qədərki siyasəti onun tənqid və tövsiyyələrdən nəticə çıxartmadığını göstərir ki, bu da ona qarşı sanksiyaları zəruri edir. Sizcə yaxın gələcəkdə Qərbin Azərbaycana qarşı sanksiyaları gözləniləndirmi?

 

-Düzünü demək lazımsa, Azərbaycana qarşı sanksiyaların tətbiqi ehtimalı hakimiyyət təmsilçilərinin vecinə də deyil. Onları sadəcə öz gündəlik gəlirləri maraqlandırır. Bu baxımdan da Azərbaycana qarşı sanksiyaların tətbiqi ehtimalına onlar o qədər də əhəmiyyət vermirlər. Lakin nəzərə almalıdırlar ki, təmsil etdikləri dövləti, təmsil etdikləri coğrafiyanı çox gülməli bir vəziyyətə salıblar. Hansısa tənqid və tövsiyyəyə etriraz etmək, inkarçılıq mövqeyində dayanmaq problemlərin həlli demək deyil.

 

-Hakimiyyət müxalifətə, vətəndaş cəmiyyəti nümayəndələri və media təmsilçilərinə qarşı təzyiqləri artırsa da, demokratik düşərgədə birlik meyilləri hiss olunmur. Sizcə müxalifətin bunca təzyiq qarşısında belə bir araya gəlməməsinin səbəbi nədir? Doğrudanmı müxalifət bir-birinə hətta artan repressiyalar qarşısında belə birləşməyəcək qədər çox nifrət edir?

 

-Mən bu məsələdə sizin mövqeyinizi bölüşmürəm. Intiqam Əliyevin həbsindən sonra bu məsələdə çox böyük bir dəyişiklik var. Azərbaycanda bu vaxta qədər olmayan bir hal baş verib. Müxalif partiyaların  böyük əksəriyyəti ”“ təxminən 100-də 95-i bir aradadır. Siyasi partiyaların dəyirmi masa xarakterli birləşmiş hüquq müdafiə mərkəzi formalaşıb. Hansı ki, onun xartiyası da hazırlanmaqdadır. Bir sözlə, İ.Əliyevin həbsi və ondan sonra baş verən proseslər əksər müxalifət partiyalarının bir araya gəlməsinə səbəb olub ki, bu, çox böyük bir irəliləyişdir. Hesab edirəm ki, bu birləşmə prosesi sona qədər davam etməsə belə, onlar mahiyyət və yenə də bir yerdə olacaqlar. Bizim hüquqlarımızı müdafiə edənlərlə bir yerdə həbsxanada olacayıq və həbsxanada da olsa birgə fəaliyyətimizi davam etdirəcəyik.

 

-Necə hesab edirsiniz, indiki məqamda müxalifətin hansısa kütləvi aksiya keçirməsinə ehtiyac varmı? Yaxın gələcəkdə bu cür aksiyaların keçirilməsi gözləniləndirmi?

 

-Hazırda həbslərlə bağlı aksiyaların keçirilməsi məsələsi gündəmdə yoxdur. Lakin yəqin ki, Azərbaycan hakimiyyətinin bu siyasəti davam edərsə, qarşıdakı məhkəmə prosesləri zamanı hakimiyyətin məlum siyasətinə qarşı adekvat addımlar atılacaq. Amma bu gün kütləvi aksiyaların keçirilməsi real görünmür. Fəqət bu gün heç bir aksiyanın keçirilməməsi o demək deyil ki, sabah da heç bir aksiya keçirilməyəcək. Əgə kimsə bugünkü durumu belə xarakterizə edirsə, yanılır.

 

Seymur Əliyev

 

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Qadınlar, yoxsa kişilər daha tez AŞİQ OLUR?

Qadınlar, yoxsa kişilər daha tez AŞİQ OLUR?

Konqoda Ebola xəstələri xəstəxanadan qaçırlar – Ac qaldıqlarına görə...

Konqoda Ebola xəstələri xəstəxanadan qaçırlar – Ac qaldıqlarına görə...

İyun 5 BÜRC üçün ən xoşbəxt ay olacaq

İyun 5 BÜRC üçün ən xoşbəxt ay olacaq

Nadir Qafarzadə ailəsi ilə istirahətdə - FOTO

Nadir Qafarzadə ailəsi ilə istirahətdə - FOTO

Starmer yaxın günlərdə istefa verə bilər - Times

Starmer yaxın günlərdə istefa verə bilər - Times

Bacısı Ronaldonun komanda yoldaşlarını sərt TƏNQİD ETDİ: “Nankorlar...”

Bacısı Ronaldonun komanda yoldaşlarını sərt TƏNQİD ETDİ: “Nankorlar...”

İngiltərədə iki qatar toqquşdu: Yaralananlar var - VİDEO

İngiltərədə iki qatar toqquşdu: Yaralananlar var - VİDEO

BMT kürsüsündən mühüm BƏYANAT: Azərbaycan yardım alan ölkədən donor ölkəyə çevrilib

BMT kürsüsündən mühüm BƏYANAT: Azərbaycan yardım alan ölkədən donor ölkəyə çevrilib

Trampdan Kubaya xəbərdarlıq: Venesueladakı ssenari təkrarlana bilər

Trampdan Kubaya xəbərdarlıq: Venesueladakı ssenari təkrarlana bilər

"Qayalı" marketdə biabırçılıq: Xarab məhsulu zibil qutusuna atıb, məsuliyyətdən qaçmaq istədilər! - VİDEO

"Qayalı" marketdə biabırçılıq: Xarab məhsulu zibil qutusuna atıb, məsuliyyətdən qaçmaq istədilər! - VİDEO

30 manat verməməyə görə evinizi itirə bilərsiniz - Açıqlama

30 manat verməməyə görə evinizi itirə bilərsiniz - Açıqlama

Norveçdə azərbaycanlılar üçün səyyar konsulluq xidməti - FOTO

Norveçdə azərbaycanlılar üçün səyyar konsulluq xidməti - FOTO

BMT Təhlükəsizlik Şurası Ukraynaya görə toplaşır

BMT Təhlükəsizlik Şurası Ukraynaya görə toplaşır

Kəlbəcərdə kişi tüfənglə özünü yaraladı

Kəlbəcərdə kişi tüfənglə özünü yaraladı

Bu, Ukraynadakı münaqişənin qarşısını ala bilərdi - Tramp

Bu, Ukraynadakı münaqişənin qarşısını ala bilərdi - Tramp

Azərbaycanda yumurtanın qiyməti 1 qəpiyə düşdü: Səbəb nədir?

Azərbaycanda yumurtanın qiyməti 1 qəpiyə düşdü: Səbəb nədir?

Əməkdar artist makiyajsız halını paylaşdı - VİDEO

Əməkdar artist makiyajsız halını paylaşdı - VİDEO

Qırğızstanlı qadının Bakıda çəkdiyi video marağa səbəb oldu - VİDEO

Qırğızstanlı qadının Bakıda çəkdiyi video marağa səbəb oldu - VİDEO

İstanbulda metro qatarının niyə relsdən çıxdığı MƏLUM OLDU

İstanbulda metro qatarının niyə relsdən çıxdığı MƏLUM OLDU

DÇ-2026: ABŞ - Avstraliya oyunu başladı - VİDEO

DÇ-2026: ABŞ - Avstraliya oyunu başladı - VİDEO

Şəkidə şəhid atası vəfat edib - FOTO

Şəkidə şəhid atası vəfat edib - FOTO

Polşa Prezidenti Zelenskini ölkənin ən ali mükafatından MƏHRUM ETDİ

Polşa Prezidenti Zelenskini ölkənin ən ali mükafatından MƏHRUM ETDİ

Naxçıvanda bədbəxt HADİSƏ

Naxçıvanda bədbəxt HADİSƏ

Zaxarovadan Meloniyə məsləhət: “Özünü ikinci yerə qoy...”

Zaxarovadan Meloniyə məsləhət: “Özünü ikinci yerə qoy...”

End of content

No more pages to load

RADİO