“Məhkəmə təminatı olmayan biznesi 0%-lik vergi belə irəli apara bilməz”

Son günlər Vergilər Məcəlləsinə müxtəlif dəyişikliklərin edilməsi nəzərdə tutulur ki, bunlardan da biri xırda və orta sahibkarlara müəyyən güzəştlərin edilməsi, onların bəzi vergi növlərindən azad edilməsi ilə bağlıdır.xa0
Vergilər Məcəlləsinə edilməsi nəzərdə tutulan bu dəyişikliklər xırda və orta biznesin inkişafına təkan verə bilərmi? Bu dəyişikliklərin yeni inkişaf dalğası ilə nəticələnməsi ehtimalı varmı?

Moderator.az olaraq iqtisadçı ekspert Rövşən Ağayevlə söhbətimizdə bu və bu kimi məsələlərə aydınlıq gətirməyə çalışdıq.xa0

- Rövşən bəy, Vergilər Məcəlləsində xırda və orta sahibkarlara bəzi vergi güzəştlərin edilməsi nəzərdə tutulur. Sizcə bu güzəştlərin tətbiqi xırda və orta biznesin inkişafına təkan verə bilərmi?

- Burada müxtəlif yanaşmalar var. Məsələn, bir yanaşma odur ki, gəlirdən 20% tutulacaq, amma 75% güzəşt tətbiq olunacaq. Bir yanaşama da odur ki, kiçik və orta biznes klasterini yaratmaq istəyirlər. Necə ki, sənaye parkları yaradılıb, bu qaydada da kiçik və orta biznesin klasterini yaratmaq niyyəti var. Klaster necə olacaq? Bu, müvafiq qaydalar əsasında formalaşacaq. Bunun üçün ola bilsin ki, Nazirlər Kabinetinə, digər qurumlara müvafiq tapşırıqlar verilsin. Hələlik, kiçik və orta biznes klasterinə düşmək üçün hansı meyarlar tələb olubacaq, bu bəlli deyil.xa0

- Bu klasterə daxil olmaq xırda vəxa0 orta sahibkarlar üçün nəyi dəyişəcək?

- Kim bu klasterin üzvü olsa, onların yaxın 7 il ərzində mənfəət vergisindən, əmlak vergisindən azad olunması məsələləri var. Necə ki, sənaye parklarına bu tətbiq olunub, onlar 7 il vergi güzəştlərindən bəhrələnəcəklər, eyni güzəştlər bunlara da veriləcək.
Iki istiqamətdə kiçik və orta biznesin vergi islahatı vasitəsi ilə stimullaşdırılması gözlənilir. Bunlardan biri kiçik və orta biznes klasteri çərçivəsində olacaq. Onların əmlak-mənfəət vergisindən ümumiyyətlə azad edilməsi gündəmdədir. Bir də bu klasterdən kənar fəaliyyət göstərən və dövriyyəsi 200 min manata qədər olan bəzi kiçik biznes subyektləri olacaq ki, bura digər biznes qurumları daxil olacaq. Onlara 20%-lik gəlir vergisinin 75%-i məbləğində güzəşt olunacaq. Yəni onlardan faktiki olaraq 5% vergi tutulacaq.xa0

- Sizcə nəzərdə tutulan dəyişikliklər praktikada da özünü lazımınca təsdiqləyə biləcəkmi?

- Hazırdaxa0 kiçik və orta biznesin stimullaşdırılması üçün Vergilər Məcəlləsində müvafiq dəyişikliklər təklif olunur. Bu, nə dərəcədə işləyəcək, bu, başqa söhbətin mövzusudur. Hesab edirəm ki, bu dəyişikliklərin lazımi effekt verməsi üçün digər dəyişikliklər də həyata keçirilməidir.xa0

- Qərb ölkələrində mənzərə nədən ibarətdir? Ölkəmizlə müqayisədə orada vergi yükü nə dərəcədə az və ya çoxdur?

-Bu gün Avropada vergi çox yüksəkdir. Amma buna baxmayaraq, inkişaf var. Şimali və Qərbi Avropa ölkələrində vergi yükü bizimlə müqayisədə həddindən artıq yüksəkdir. Amma orada biznes inkişaf edir. Vergi güzəştıləri bizim kimi keçid ölkələrində vacibdir, gərəklidir. Lakin digər amillər də mövcuddur.

- Bunlar hansı amillərdir?

- Burada biznesin azadlığı, onun məhkəmə tərəfindən qorunması məsələsi var. Bir biznes ki, öz haqqını məhkəmədə qoruya bilmirsə, ona istəyirsiniz 0% vergi tətbiq edin, bu biznes istənilən zaman inhisarçılar tərəfindən əziləcək, sahibkarın mülkiyyəti əlindən alınacaq, onun heç bir hüququ qorunmayacaq.xa0

- Daha hansı dəyişikliklərin, yeniliklərin həyata keçirilməsini zəruri hesab edirsiniz?

- Vergi güzəştləri ilə yanaşı, digər islahatlar da keçirilməlidir. Biznes ombudsmanı olmalıdır. Biznes ombudsmanının qaldırdığı məsələlər parlament tərəfindən diqqətə alınmalıdır. Müxtəlif biznes sahəsinə məxsus şəxslər birləşib öz sahibkarlıq birliklərini yaratmalıdırlar. Onlar qanunverici orqan qarşısında öz haqlarını ortaya qoymalıdır.xa0
Media bzinesi müdafiə etməlidir. Medianın biznes hqqquqlarının pozulması ilə bağlı yazdığı hər bir yazı ciddi qalmaqal yaratmalıdır. Vətəndaş cəmiyyətləri biznesin hüquqlarını monitorinq etməli, onları maarifləndirməlidir. Yəni bunlar kompleks tədbirlərdir. Avtomobilin yeriməsi üçün onun sadəcə mühərrikinin olması kifayət deyil. Onun təkərləri, sükanı, və s. detalları olmalıdır. Biz təkərləri çıxartsaq, mühərrik işləsə də maşın getməyəcək. Bunun üçün bütün amillər, bütün detallar qaydasında olamlıdır.

Seymur ƏLİYEV
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İran ətrafında gərginliyin artması Tehran-Vaşinqton danışıqlarını təxirə salıb

İran ətrafında gərginliyin artması Tehran-Vaşinqton danışıqlarını təxirə salıb

Çində güclü zəlzələ oldu

Çində güclü zəlzələ oldu

Şair Məmməd İsmayılın qəbirüstü abidəsi ucaldıldı - FOTO

Şair Məmməd İsmayılın qəbirüstü abidəsi ucaldıldı - FOTO

“Heç nə təsir etmir, əhvalım pisdir” – Ofeliya Sənani

“Heç nə təsir etmir, əhvalım pisdir” – Ofeliya Sənani

Babək rayonunda ağır qəza: 3 nəfər xəsarət aldı

Babək rayonunda ağır qəza: 3 nəfər xəsarət aldı

Bu ölkədə azan qadağan olunacaq

Bu ölkədə azan qadağan olunacaq

Keçmiş vəzifəsinə qayıda bilər

Keçmiş vəzifəsinə qayıda bilər

Avropada anomal istilərdən 1300-dən çox insan həyatını itirib - FOTO

Avropada anomal istilərdən 1300-dən çox insan həyatını itirib - FOTO

Yeni Kaledoniyada seçkilər: Fransanın tərkibində qalmaq istəyənlər çoxluq qazana bilmədilər

Yeni Kaledoniyada seçkilər: Fransanın tərkibində qalmaq istəyənlər çoxluq qazana bilmədilər

Arıqlamaq istəyirsinizsə, bu vərdişləri UNUDUN

Arıqlamaq istəyirsinizsə, bu vərdişləri UNUDUN

Putin yanacaq təminatı ilə bağlı müşavirə KEÇİRDİ - VİDEO

Putin yanacaq təminatı ilə bağlı müşavirə KEÇİRDİ - VİDEO

Pezeşkian ruhanilərlə görüş keçirəcək

Pezeşkian ruhanilərlə görüş keçirəcək

Nyu-York meri: "Mən İsraili bir dövlət kimi dəstəkləyirəm" - VİDEO

Nyu-York meri: "Mən İsraili bir dövlət kimi dəstəkləyirəm" - VİDEO

Venesuelada zəlzələ zamanı argentinalı futbolçunun ailəsi HƏLAK OLDU

Venesuelada zəlzələ zamanı argentinalı futbolçunun ailəsi HƏLAK OLDU

ABŞ-ın İrana son hücumundan görüntülər - VİDEO

ABŞ-ın İrana son hücumundan görüntülər - VİDEO

Bu ərazilərdə qaz kəsiləcək - XƏBƏRDARLIQ

Bu ərazilərdə qaz kəsiləcək - XƏBƏRDARLIQ

Almaniyada ən yüksək temperatur qeydə alındı: 41,7 dərəcə

Almaniyada ən yüksək temperatur qeydə alındı: 41,7 dərəcə

Əraqçı İraqda Qasım Süleymaninin öldürüldüyü yerə baş çəkdi - VİDEO

Əraqçı İraqda Qasım Süleymaninin öldürüldüyü yerə baş çəkdi - VİDEO

İranda dolların məzənnəsi bahalaşdı

İranda dolların məzənnəsi bahalaşdı

Murad Fətiyev Sindao Qran-Prisinin bürünc medalını qazandı - FOTO

Murad Fətiyev Sindao Qran-Prisinin bürünc medalını qazandı - FOTO

Müctəba Xamenei: "Tramp və Netanyahunun bəyanatları İrana qarşı cinayətlərin etirafıdır"

Müctəba Xamenei: "Tramp və Netanyahunun bəyanatları İrana qarşı cinayətlərin etirafıdır"

Çəyirtkələr Dağıstana da gəlib ÇATDI - VİDEO

Çəyirtkələr Dağıstana da gəlib ÇATDI - VİDEO

Ermənistanda keçmiş səhiyyə nazirinin meyiti tapıldı

Ermənistanda keçmiş səhiyyə nazirinin meyiti tapıldı

Berlin polisi su şırnaqları ilə yüzlərlə insanın köməyinə çatdı - VİDEO

Berlin polisi su şırnaqları ilə yüzlərlə insanın köməyinə çatdı - VİDEO

End of content

No more pages to load

RADİO