Moskva meri Sergey Sobyanin bildirib ki, son bir həftə ərzində Moskva vilayəti istiqamətində 1455 pilotsuz uçuş aparatı hərəkət edib.
Bizim.Media xəbər verir ki, Sobyaninin sözlərinə görə, PUA-ların böyük hissəsi hava hücumundan müdafiə qüvvələri tərəfindən uzaq məsafələrdə zərərsizləşdirilib.
O bildirib ki, 50 pilotsuz uçuş aparatı Moskva şəhərinə yaxınlaşarkən məhv edilib.
Sobyanin qeyd edib ki, sözügedən PUA-lar avqustun 22-də saat 08:30-dan avqustun 30-da saat 08:30-dək Moskva istiqamətində uçub.
Bizim.Media