Rusiya Müdafiə Nazirliyinin “Afrika Korpusu”nun hərbçiləri Nigerdə hökumət qüvvələrinə üsyançıların hücumlarını dəf etməyə kömək ediblər.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Nazirlikdən bildirilib ki, “Afrika Korpusu”nun tərkibində keçmiş “Vaqner” döyüşçüləri də yer alır.
Rusiya XİN vurğulayıb ki, hazırda ölkədə vəziyyət qanuni hakimiyyətin nəzarəti altındadır.
Bizim.Media