Macarıstanın Kaloca şəhərindəki aerodromdan yüngülmühərrikli “Cessna 172” təyyarəsi qaçırılıb.
Bizim.Media xəbər verir ki, “Daily News Hungary”nin yazdığına görə, qaçırılan təyyarə Macarıstanın atom elektrik stansiyasının yerləşdiyi Paks şəhəri istiqamətində uçub.
Hərbçilər təyyarəni havaya qalxdıqdan qısa müddət sonra radarlarda aşkarlayıb və onun qarşısını almaq üçün iki “Gripen” qırıcısı havaya qaldırılıb.
Lakin təyyarə atom elektrik stansiyasına çata bilməyib. O, Gerény yaxınlığında məcburi eniş edib.
Macarıstan KİV-inin məlumatına görə, təyyarəni 2002-ci il təvəllüdlü gənc oğlanın qaçırdığı ehtimal olunur.
Hadisənin bütün təfərrüatları araşdırılır.
Bizim.Media