Ferrari şirkətinin ilk tam elektrik avtomobili xeyriyyə məqsədilə keçirilən “Sotheby’s” hərracında rekord məbləğə – 40 milyon dollara satılıb.
Bizim.Media xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
Luce adlı avtomobil “Tailor Made” proqramı çərçivəsində fərdi sifariş əsasında hazırlanıb. Hərracda 40 milyon dollara satılan avtomobil indiyədək hərracda satılmış ən bahalı yeni avtomobil olub.
Ferrari-nin ilk elektromobili bu nəticə ilə ötənilki rekordu da yeniləyib. 2025-ci ildə fərdi şəkildə hazırlanmış Ferrari Daytona SP3 26 milyon dollara satılmışdı.
Beləliklə, Luce əvvəlki rekorddan 14 milyon dollar daha baha qiymətə alıcı tapıb.
Bizim.Media