ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyalar gözlənilən nəticəni vermir, çünki Tehran yeni şirkətlər yaradaraq məhdudiyyətlərdən yan keçir.
Bizim.Media xəbər verir ki, Reuters bunu mütəxəssislərin fikirlərinə əsasən “köstəbək vurmaq” oyununa bənzədib.
Ekspertlər Vaşinqtonun təzyiqi artırmaq üçün Çində İrandan neft alan müstəqil neftayırma zavodlarına və bəzi Çin banklarına qarşı sanksiyalar tətbiq edə biləcəyini bildirirlər.
Bununla belə, analitiklər İranın quru yolla blokadaya alınması kimi daha sərt tədbirlərin reallaşmasını az ehtimallı hesab edirlər.
Bizim.Media