Azərbaycanda bəzi xarici şirkətlər üçün vergi uçotu qaydası dəyişir

Azərbaycanda alıcılara elektron ticarət qaydasında iş və xidmətlər təqdim edən qeyri-rezidentlər təqvim ili ərzində dövriyyələri 10 000 ABŞ dollarının manat ekvivalentini keçdikdə 30 gün ərzində elektron qaydada vergi uçotuna alınmalı olacaqlar.

Bizim.Media xəbər verir ki, bununla bağlı dəyişikliklərin əks olunduğu, fevralın 13-də qəbul edilən müvafiq qanun avqustun 23-dən qüvvəyə minəcək.

Qanuna əsasən, vergi orqanlarında uçotda olmayan şəxslərə elektron ticarət qaydasında işlərin və xidmətlərin təqdim edilməsindən gəlir əldə edən internet informasiya ehtiyatı vasitəsilə elektron ticarəti həyata keçirən qeyri-rezidentlər (Vergi Məcəlləsində nəzərdə tutulan Azərbaycanda qeyri-rezident hüquqi şəxsin və ya qeyri-rezident fiziki şəxsin daimi nümayəndəlikləri istisna olmaqla) alıcısı Azərbaycanda olan iş və xidmətlərin təqdim edilməsindən dövriyyəsi təqvim ili ərzində 10 000 ABŞ dollarının manat ekvivalentini keçdikdən sonra 30 gün müddətində elektron qaydada vergi uçotuna alınmalıdırlar.

Burada qeyd olunan dövriyyəsi 10 000 ABŞ dollarının manat ekvivalentindən aşağı olan qeyri-rezidentin elektron qaydada vergi uçotuna alınması könüllü olaraq həyata keçiriləcək.
 

Məsləhət, hüquq, maliyyə, mühasibat, dizayn və mühəndis xidmətlərinin elektron poçt və digər interaktiv ünsiyyət vasitələri ilə göstərilməsi, internet vasitəsilə real vaxt rejimində göstərilən tədris və təlim xidmətləri, habelə elm, təhsil, mədəniyyət, idman və əyləncə tədbirləri üçün biletlərin onlayn sifariş edilməsi xidmətləri bu maddənin məqsədləri üçün elektron ticarət qaydasında təqdim edilən xidmətlərə aid edilməyəcək.


Vergi orqanlarında uçotda olmayan şəxslərə elektron ticarət qaydasında işlərin və xidmətlərin təqdim edilməsindən gəlir əldə edən internet informasiya ehtiyatı vasitəsilə elektron ticarəti həyata keçirən qeyri-rezidentin (Vergi Məcəlləsində nəzərdə tutulan Azərbaycanda qeyri-rezident hüquqi şəxsin və ya qeyri-rezident fiziki şəxsin daimi nümayəndəlikləri istisna olmaqla) elektron qaydada vergi uçotuna alınması, yenidən uçota alınması və uçotdan çıxarılması, ƏDV-nin ödəyicisi kimi qeydiyyata alınması, ƏDV bəyannaməsinin təqdim edilməsi və ƏDV-nin ödənilməsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən ediləcək.
 

Vergi ödəyicisi yuxarıdakı üç abzasda nəzərdə tutulan qaydada uçota alınan qeyri-rezident şəxslərə münasibətdə ƏDV-ni hər hesabat dövrü üçün hesabat dövründən sonrakı ayın sonuncu günündən gec olmayaraq büdcəyə ödəməyə borclu olacaq.


Avqustun 23-dək qüvvədə olan qanunvericiliyə görə, rezidentlərə elektron ticarət qaydasında işlərin və xidmətlərin təqdim edilməsindən gəlir əldə edən internet informasiya ehtiyatı vasitəsilə elektron ticarəti həyata keçirən qeyri-rezidentin (Vergi Məcəlləsində nəzərdə tutulan Azərbaycanda qeyri-rezident hüquqi şəxsin və ya qeyri-rezident fiziki şəxsin daimi nümayəndəlikləri istisna olmaqla) elektron qaydada vergi uçotuna alınması, yenidən uçota alınması və uçotdan çıxarılması, ƏDV-nin ödəyicisi kimi qeydiyyata alınması, ƏDV bəyannaməsinin təqdim edilməsi və ƏDV-nin ödənilməsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. (Trend.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bu gün Milli Qəhrəman Şükür Həmidovun qızının toyudur

Bu gün Milli Qəhrəman Şükür Həmidovun qızının toyudur

Ucarda yük maşını aşdı - Avtomobildə olan pomidor və xiyar yola dağıldı - FOTO

Ucarda yük maşını aşdı - Avtomobildə olan pomidor və xiyar yola dağıldı - FOTO

8 avtomobil götürdü, sonra ŞOK YAŞADI: Hər maşına 4 min manat cərimə - VİDEO

8 avtomobil götürdü, sonra ŞOK YAŞADI: Hər maşına 4 min manat cərimə - VİDEO

Bədii gimnastika üzrə dünya çempionatının bayrağı Azərbaycana təqdim olundu

Bədii gimnastika üzrə dünya çempionatının bayrağı Azərbaycana təqdim olundu

İsrailin Qəzzadakı müharibə xərcləri 142 milyard dollara çatdı

İsrailin Qəzzadakı müharibə xərcləri 142 milyard dollara çatdı

Moldovadan Rumıniyanın hava məkanına daxil olan dron vuruldu

Moldovadan Rumıniyanın hava məkanına daxil olan dron vuruldu

Türkiyədə təriqət lideri həbs edildi: Qardaşının evindən 200 kq qızıl çıxdı - FOTO

Türkiyədə təriqət lideri həbs edildi: Qardaşının evindən 200 kq qızıl çıxdı - FOTO

Bakıdan bu istiqamətə axın başladı – Sentyabrda nə olacaq?

Bakıdan bu istiqamətə axın başladı – Sentyabrda nə olacaq?

İran ABŞ-ın Yaxın Şərqdəki bazalarını bərpa etməsinə imkan verməyəcək - Əmir Hatəmi

İran ABŞ-ın Yaxın Şərqdəki bazalarını bərpa etməsinə imkan verməyəcək - Əmir Hatəmi

Azərbaycanda bəzi xarici şirkətlər üçün vergi uçotu qaydası dəyişir

Azərbaycanda bəzi xarici şirkətlər üçün vergi uçotu qaydası dəyişir

Ukrayna ordusu ölkənin cənubunda 37 kvadrat kilometr ərazini azad edib

Ukrayna ordusu ölkənin cənubunda 37 kvadrat kilometr ərazini azad edib

Tramp administrasiyası SEPAH ilə gizli əlaqə yaradıb - Axios

Tramp administrasiyası SEPAH ilə gizli əlaqə yaradıb - Axios

Ukrayna Rusiyaya “Flaminqo” raketlərinin atışını 2 dəfə çoxaltdı

Ukrayna Rusiyaya “Flaminqo” raketlərinin atışını 2 dəfə çoxaltdı

ABŞ və İran arasında danışıqlar dalana dirəndi

ABŞ və İran arasında danışıqlar dalana dirəndi

İranda heç kəs ABŞ və İsrail mediasına müsahibə verə bilməz - Qadağa qoyuldu

İranda heç kəs ABŞ və İsrail mediasına müsahibə verə bilməz - Qadağa qoyuldu

Toyda yemək üstündə dava düşdü: məhkəmə qadını cərimə ödəməyə məcbur etdi

Toyda yemək üstündə dava düşdü: məhkəmə qadını cərimə ödəməyə məcbur etdi

Mərakeşli miqrantlar İspaniyanın Seuta şəhərinə keçməyə cəhd ediblər - VİDEO

Mərakeşli miqrantlar İspaniyanın Seuta şəhərinə keçməyə cəhd ediblər - VİDEO

"Sabah" – "Hapoel" oyununun biletləri satışa çıxarıldı

"Sabah" – "Hapoel" oyununun biletləri satışa çıxarıldı

İtaliyalı professor İstanbulda mənzilində ölü tapıldı

İtaliyalı professor İstanbulda mənzilində ölü tapıldı

Messi “Nashvill”ə məğlubiyyətdən sonra hakimləri söydü - VİDEO

Messi “Nashvill”ə məğlubiyyətdən sonra hakimləri söydü - VİDEO

Prezidentin xüsusi nümayəndəsi rumıniyalı iş adamlarını Qarabağa dəvət etdi - FOTO

Prezidentin xüsusi nümayəndəsi rumıniyalı iş adamlarını Qarabağa dəvət etdi - FOTO

Şirvan kanalından kişi meyiti tapıldı

Şirvan kanalından kişi meyiti tapıldı

ABŞ-da 71 yaşlı qadın tənha qadınlar üçün kənd saldı - FOTO

ABŞ-da 71 yaşlı qadın tənha qadınlar üçün kənd saldı - FOTO

Moskva ətrafında Wildberries anbarındakı yanğının tüstüsü 100 kilometrə yayıldı - FOTO

Moskva ətrafında Wildberries anbarındakı yanğının tüstüsü 100 kilometrə yayıldı - FOTO

End of content

No more pages to load

RADİO