Fransanın Landes departamentinin Lüqlon kommunası ərazisində baş verən genişmiqyaslı meşə yanğını nəticəsində 1 580 hektar meşə sahəsi yanıb.
Bizim.Media “Cnews” telekanalına istinadən xəbər verir ki, alovun yayılması səbəbindən dünən təxminən 650 nəfər təxliyə edilib.
Yanğın səhər saatlarında ərazinin əlçatmaz hissəsində yenidən güclənib. Lakin xilasedicilər alovun daha geniş əraziyə yayılmasının qarşısını ala biliblər.
Qeyd edək ki, bu, son bir ay ərzində Landes departamentində baş verən ikinci böyük meşə yanğınıdır.
Ümumilikdə isə Fransada 2026-cı ilin əvvəlindən etibarən təxminən 100 min hektar ərazi yanğınlar nəticəsində məhv olub.
Bizim.Media