Moskvada dəhşətli fırtına başlayıb.
Bizim.Media Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə “Fobos” hava mərkəzinin baş mütəxəssisi Mixail Leus məlumat verib.
Onun sözlərinə görə, paytaxtda küləyin sürəti 8 bal gücündə fırtına səviyyəsinə çatıb:
“Gündüz saatlarında küləyin sürəti saniyədə 14-19 metrə çatıb. Bofort şkalası üzrə 8 gücündə fırtına hesab edilən bu gücdəki küləklər hərəkətə mane ola, nazik budaqları sındıra, zəif konstruksiyalar aşıra bilər”.
Küləyin sürətinin axşama doğru azalacağı proqnozlaşdırılır.
Bizim.Media