Çinin Şanxay şəhərində yerləşən ticarət mərkəzində güclü yağış səbəbindən tavan uçub.
Bizim.Media xəbər verir ki, ticarət mərkəzinin tavanı suyun ağırlığına tab gətirməyərək uçub.
İçəri dolan yağış suları ətrafdakıları təşvişə salıb. İlkin məlumatlara görə, xəsarət alan olmayıb.
Hazırda fövqəladə hallar qrupları hadisənin nəticələrini aradan qaldırmaqla məşğuldur.
Bizim.Media