Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə 6 avqust 2026-cı il tarixində "Yeni Xan qızı" kanalının Beyləqan rayonu, Birinci Şahsevən kəndindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.
Bizim.Media xəbər verir ki, məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.
Hazırda vətəndaş - 2005-ci il təvəllüdlü Əhmədov Amin Zamir oğlunun batdığı ehtimal edilən istiqamətlərdə axtarışlar həyata keçirilir.
Əlavə məlumat veriləcək.
Bizim.Media