Ukrayna Prezident Ofisinin müşaviri Mixail Podolyak Prezident Volodimir Zelenskinin Rusiya Prezidenti Vladimir Putinə təqdim etməyə hazır olduğu təklifləri açıqlayıb.
Bizim.Media xəbər verir ki, Podolyakın sözlərinə görə, Zelenski hava məkanında atəşkəsin elan olunmasını, enerji obyektlərinə qarşı hücumların dayandırılmasını, cəbhə xətti üzrə vəziyyətin dondurulmasını və mürəkkəb məsələlərin həlli üçün genişmiqyaslı danışıqlara başlanmasını təklif edir.
Müşavir bildirib ki, Ukrayna Prezidenti bu məsələlərin müzakirəsi məqsədilə Vladimir Putinlə şəxsi görüş keçirməyə də hazırdır.
Podolyakın açıqlamasına görə, Zelenski mürəkkəb siyasi və hərbi məsələlərin birbaşa liderlər səviyyəsində müzakirəsinin vacibliyini hesab edir.
Bizim.Media