Şimali Afrikadakı İspaniya anklavı olan Seutaya çatmağa çalışan miqrantlar arasında ölənlərin sayı 27-yə çatıb.
Bizim.Media xəbər verir ki, bu barədə "Sky News" məlumat yayıb.
"Cadena SER" radiosunun ölkənin Milli Təhlükəsizlik Departamentinə istinadən verdiyi məlumata görə, təxminən 49 000 miqrant Mərakeşlə İspaniya arasındakı sərhədi keçib.
Bildirilir ki, onlardan azı 7 000 nəfəri yetkinlik yaşına çatmayanlardır. Seutanın ümumi əhalisi təxminən 83 000 nəfər təşkil edir.
İspaniyanın Daxili İşlər Nazirliyi həmin əraziyə hərbi qüvvələr yeridəcəyini bəyan edib, Baş nazir Pedro Sançes isə qayda-qanunu bərpa etmək üçün bütün zəruri resursları səfərbər edəcəyini bildirib.
Bizim.Media