Gəncədə yük qatarı minik avtomobilinə çırpılıb.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Poçt qəsəbəsində baş verib.
Belə ki, yük daşıyan qatarın teplovozu ərazidən keçərkən "Opel" markalı avtomobillə toqquşub.
Qatarın surəti aşağı olduğundan xoşbəxtlikdən hadisə zamanı xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu