İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) nümayəndəsi bildirib ki, ölkə atəşkəs müddətində raket imkanlarını genişləndirib.
Bizim.Media xəbər verir ki, onun sözlərinə görə, bu dövrdə raketlərin istehsalı sürətləndirilib və raket sistemlərinin dəqiqliyi artırılıb.
“Atəşkəs zamanı imkanlarımızı genişləndirdik, raket istehsalını sürətləndirdik və raket sistemlərimizin dəqiqliyini yüksəltdik. ABŞ-dan fərqli olaraq, onlar bu vəziyyətdən istifadə edə bilmədilər.
Amerikanın neft ehtiyatlarına baxın. Onlar neft çatışmazlığını kompensasiya edə bilmədilər və vəziyyət daha da pisləşdi”, – deyə SEPAH nümayəndəsi bildirib.
Bizim.Media