Avropa İttifaqı hazırkı vəziyyətdə yaşamağa qadir deyil.
Bizim.Media xəbər verir ki, bunu Macarıstanın sabiq baş naziri Viktor Orban deyib.
“Uyğunlaşa bilməyənlər yox olacaq. Mənim fikrimcə, Avropa İttifaqı hələlik uyğunlaşmaq qabiliyyətinə malik deyil.
Mən onun yox olmasını istəmirəm. İstəyirəm ki, Aİ dəyişən şəraitə uyğunlaşa bilsin, Macarıstan bu prosesdə öz rolunu oynasın və biz qalib tərəf olaq.
Amma bugünkü Avropa İttifaqı haqqında səmimi danışsaq, görünür ki, o, özünü islahat etmək qabiliyyətində deyil. Buna görə də onun böyük gələcəyini proqnozlaşdırmıram”, – deyə Orban bildirib.
Siyasətçi, həmçinin Aİ-nin gələcəyi ilə bağlı narahatlığını ifadə edib.
Bizim.Media