Rusiyanın Saratov və Engels şəhərlərinin sakinləri güclü toz fırtınasının yaxınlaşmasının şahidi olublar.
Bizim.Media xəbər verir ki, nəhəng toz divarı Qazaxıstana yaxın çöl əraziləri istiqamətindən gəlir.
Yerli sakinlər sosial şəbəkələrdə bir-birlərini pəncərələri bağlamağa və mümkün qədər küçələrdən uzaq durmağa çağırıblar.
Bununla yanaşı, çimərliklərdə istirahət edən bəzi insanlar sığınacaqlara getməyə tələsməyiblər.


Bizim.Media