Ürəyin sağlam qalması üçün bəzi qidaların rasiondan çıxarılması və ya minimuma endirilməsi tövsiyə olunur.
Bizim.Media xəbər verir ki, dietoloqlar ürək-damar xəstəlikləri riskini artıran üç əsas məhsulu açıqlayıblar.
Bunlar bekon və digər emal olunmuş ətlər, ağ çörək və kartof fridir.
Mütəxəssislərin sözlərinə görə, bu qidalar yüksək duz, zərərli yağlar və rafinə edilmiş karbohidratlar səbəbindən qan təzyiqini yüksəldə, xolesterini artıra və ürək xəstəlikləri riskini çoxalda bilər.
Onların əvəzinə mərcimək, noxud, lobya, kətan toxumu, badam, kinoa və tam taxıllı çörək kimi məhsulların istehlakı tövsiyə edilir.
Bizim.Media