İsrailin Baş naziri Benyamin Netanyahu futbol üzrə dünya çempionatının finalı öncəsi Argentina millisinin formasını hədiyyə alıb və Argentinaya uğurlar arzulayıb.
Bizim.Media xəbər verir ki, Netanyahu bu arzularını İsraildəki Argentina səfiri vasitəsilə Argentina Prezidenti Xavyer Mileyə çatdırıb.
"Xavyer, sən əsl dostsan. Biz səni və Argentinanı bir çox məsələdə dəstəkləyirik, o cümlədən bugünkü oyunda. Uğurlar!", – deyə Netanyahu bildirib.
Qeyd edək ki, futbol üzrə dünya çempionatının finalında Argentina və İspaniya milliləri üz-üzə gələcək. Matç bu gün Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Bizim.Media