Yaponiyada yay istisindən qorunmaq üçün insanlar üçün nəzərdə tutulmuş xüsusi soyuducu kabinələr hazırlanıb.
Bizim.Media xəbər verir ki, qurğuya daxil olan şəxs stulda əyləşərək qapını bağlayır. Kabinənin daxilində temperatur təxminən 15 dərəcə saxlanılır, boyun, baş və bel nahiyəsinə isə 5 dərəcəyədək soyudulmuş hava yönəldilir.
Kabinələri hazırlayanların sözlərinə görə, sərinlədici təsiri hiss etmək üçün kabinədə cəmi 5–10 dəqiqə qalmaq kifayətdir.
Mütəxəssislər bildirirlər ki, bu cür kabinələr xüsusilə isti havalarda işləyən insanlar, açıq məkanlarda çalışan əməkdaşlar və yay aylarında qısa müddətdə sərinləmək istəyənlər üçün nəzərdə tutulub.

Bizim.Media