Rusiyada məktəblərdə ev tapşırıqlarının yoxlanılması qaydasının dəyişdirilməsi təklif olunub.
Bizim.Media xəbər verir ki, bu təşəbbüslə Rusiya İctimai Palatası katibinin müavini Vladislav Qrib çıxış edib. O bildirib ki, şagirdlər ev tapşırıqlarını yalnız yazılı şəkildə təqdim etməməli, həm də onları necə yerinə yetirdiklərini müəllimə şifahi izah etməlidirlər.
Qribin sözlərinə görə, bu yanaşma şagirdlərin süni intellektdən həddindən artıq istifadəsinin qarşısını almağa kömək edəcək.
"Şagirdin ev tapşırığını süni intellektin köməyi ilə yerinə yetirib, təhvil verməsi və yüksək qiymət alması yolverilməzdir. Ev tapşırıqları mütləq şifahi qaydada yoxlanılmalı, şagird isə işi necə hazırladığını izah etməlidir", – deyə o bildirib.
Bizim.Media