Tom Kruz, Cennifer Hadson və Tramp: Dünya çempionatının rəngarəng bağlanış mərasimi - FOTO

 

ABŞ-ın Nyu-Cersi ştatının İst-Raterford şəhərində yerləşən "MetLife" stadionunda futbol üzrə dünya çempionatının final matçından əvvəl rəngarəng bağlanış mərasimi keçirilib.

Bizim.Media xəbər verir ki, mərasim planlaşdırılandan 10 dəqiqə gec başlayıb.

Gecikməyə səbəb ABŞ Prezidenti Donald Trampın oyuna gəlişi ilə əlaqədar təhlükəsizlik tədbirlərinin gücləndirilməsi olub. Meydana ABŞ-dan hər biri təxminən 50 nəfərdən ibarət olan üç qrup çıxaraq stadionda "ürək döyüntüsü" ritmini canlandırıb. Zərb alətləri ifaçıları qızılı, qara və mavi rəngli geyimlərdə olublar. Meydançaya qara-qızılı rənglərdə böyük örtük sərilib, mərkəz dairəsində isə futbol topu formasında səhnə quraşdırılıb. Örtük üzərində ABŞ-ın ən məşhur simvolları, o cümlədən Azadlıq Heykəli və Empayr Steyt Binasının təsvirləri əks olunub.

Səhnəyə ilk çıxan ifaçı tanınmış amerikalı bloqer IShowSpeed olub. O, onlarla rəqqasın müşayiəti ilə "Champions" mahnısını ifa edib. Sənətçi qeyri-rəsmi üslubda ağ kostyum geyinib. IShowSpeed çıxışına qızılı futbol topunu havaya atmaqla başlayıb, ifasının sonunda isə topu yenidən tutaraq nömrəsini başa vurub. Komandaların isinmə hərəkətlərindən əvvəl rəsmi proqram Post Malone və Swae Leenin birgə çıxışı ilə yekunlaşıb. Onlar tamaşaçılar qarşısında birgə ifa ilə çıxış edərək final öncəsi şounun rəsmi hissəsini başa çatdırıblar.

Bağlanış mərasimindən sonra futbolçular üçün ənənəvi mərhələ başlayıb və komandalar isinmə hərəkətləri üçün meydana çıxıblar. Qısa fasilədən sonra isə dünya çempionatının bağlanış mərasiminin ikinci hissəsi keçirilib.

 

 

ABŞ-ın dövlət himnini müğənni Cennifer Hadson ifa edib. Ardınca mavi kostyumlarda səhnəyə çıxan Robbi Uilyams, Laura Pausini və Nikol Şerzinger Beynəlxalq Futbol Federasiyasının (FİFA) turnir üçün rəsmi himni olan "Desire" mahnısını səsləndiriblər. Bu zaman meydanın mərkəzində dünya çempionatında iştirak edən bütün ölkələrin bayraqlarını tutan könüllülər toplaşıblar.

Daha sonra Dünya Kubokunun təqdimat mərasimi keçirilib. Kuboku ispaniyalı Andres İnyesta və argentinalı Mario Kempes məşhur Louis Vuitton şirkətinin xüsusi hazırladığı çamadanda meydana gətiriblər.

 

 

Bundan sonra səhnəyə Hollivud ulduzu Tom Kruz çıxaraq təbrik nitqi ilə çıxış edib. "48 ölkə, üç ev sahibi dövlət bu turnirin möhtəşəmliyinin şahidi oldu. Dünyanın hər yerində insanlar sevinc və ümid anlarını bölüşdülər və bu çempionatı heç vaxt unutmayacaqlar. Futbol hamının başa düşdüyü dildə danışır. Bu, insanları birləşdirən gücdür, rəqibləri dosta çevirir və bizə ortaq dəyərləri xatırladır. Bu hekayə hamımıza məxsusdur", – deyə Kruz bildirib.

 

 

Canlı yayım zamanı final oyununu izləmək üçün stadiona gələn ABŞ Prezidenti Donald Tramp da nümayiş etdirilib. Qarşılaşmanın başlanğıcını isə tanınmış amerikalı rinq-anonsçular, qardaşlar Maykl və Bryus Baffer elan ediblər.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İran öldürülən hər bir əsgərə görə cavab verəcək - Tramp

İran öldürülən hər bir əsgərə görə cavab verəcək - Tramp

Əliqismət Lalayevə yeni VƏZİFƏ VERİLDİ

Əliqismət Lalayevə yeni VƏZİFƏ VERİLDİ

Sabah işıqsız qalacaq küçə və kəndlərin SİYAHISI

Sabah işıqsız qalacaq küçə və kəndlərin SİYAHISI

Salyandakı qəzada xəsarət alanların vəziyyəti AÇIQLANDI

Salyandakı qəzada xəsarət alanların vəziyyəti AÇIQLANDI

İspaniyanın alacağı mükafat BƏLLİ OLDU

İspaniyanın alacağı mükafat BƏLLİ OLDU

Prezident İlham Əliyev Almaniyaya getdi - FOTO

Prezident İlham Əliyev Almaniyaya getdi - FOTO

ABŞ ordusu İranı yenidən VURDU

ABŞ ordusu İranı yenidən VURDU

Hörmüz boğazında iki tankerə HÜCUM EDİLDİ

Hörmüz boğazında iki tankerə HÜCUM EDİLDİ

Azərbaycanlı turistlər Gürcüstan iqtisadiyyatına milyonlar qazandırdı

Azərbaycanlı turistlər Gürcüstan iqtisadiyyatına milyonlar qazandırdı

“Zirə” yamaykalı hücumçu transfer etdi

“Zirə” yamaykalı hücumçu transfer etdi

Hitler əslində yəhudi idi? – Tarixi faktlar ÜZƏ ÇIXDI

Hitler əslində yəhudi idi? – Tarixi faktlar ÜZƏ ÇIXDI

Qazaxda göldə boğularaq ölən ata və qızın FOTOSU

Qazaxda göldə boğularaq ölən ata və qızın FOTOSU

Messi məğlubiyyətdən sonra Argentinaya uçmaqdan İMTİNA ETDİ

Messi məğlubiyyətdən sonra Argentinaya uçmaqdan İMTİNA ETDİ

İranda Fransa səfirliyinin əməkdaşları SAXLANILDI

İranda Fransa səfirliyinin əməkdaşları SAXLANILDI

“Şəfa” fransalı hücumçu transfer etdi

“Şəfa” fransalı hücumçu transfer etdi

“Bu 20 yeri təsadüfi şəkildə kodlaşdırmaq olmaz” - DİM sədri

“Bu 20 yeri təsadüfi şəkildə kodlaşdırmaq olmaz” - DİM sədri

Məhəmmədəli Qəribli 50 illik yubileyi münasibəti ilə təltif edildi - FOTO

Məhəmmədəli Qəribli 50 illik yubileyi münasibəti ilə təltif edildi - FOTO

Tural Əsədovun balina həyəcanı – VİDEO

Tural Əsədovun balina həyəcanı – VİDEO

FİFA finaldakı davaya görə Argentina millisinə qarşı araşdırmaya BAŞLADI

FİFA finaldakı davaya görə Argentina millisinə qarşı araşdırmaya BAŞLADI

Günəşdə partlayışlar olacaq – TARİXLƏR

Günəşdə partlayışlar olacaq – TARİXLƏR

Dünyanın ən gözəl sözü seçildi: Tərcüməsi yoxdur

Dünyanın ən gözəl sözü seçildi: Tərcüməsi yoxdur

General-mayor Elgün Əliyev Ankarada Yaşar Gülərlə görüşdü - FOTO

General-mayor Elgün Əliyev Ankarada Yaşar Gülərlə görüşdü - FOTO

Salyandakı ağır qəzada ölənlərin SAYI ARTDI

Salyandakı ağır qəzada ölənlərin SAYI ARTDI

İkiqat “Qızıl top” mükafatçısı vəfat etdi

İkiqat “Qızıl top” mükafatçısı vəfat etdi

End of content

No more pages to load

RADİO