Rusiya kütləvi raket və pilotsuz uçuş aparatları ilə həyata keçirdiyi hücumların 80-90 faizini Kiyev və Kiyev vilayəti istiqamətində cəmləşdirib.
Bizim.Media xəbər verir ki, bu barədə Razumkov Mərkəzinin enerji proqramlarının direktoru Volodimir Omelçenko bildirib.
Onun sözlərinə görə, əvvəllər Rusiya kütləvi hücumları müxtəlif regionlar arasında bölüşdürürdüsə, hazırda əsas zərbələr Kiyev və ətrafına yönəldilir.
Ekspert qeyd edib ki, bu taktika və hücumların intensivliyi qış aylarında da davam edərsə, paytaxtın enerji infrastrukturu ciddi təhlükə ilə üzləşə bilər.
Bizim.Media